Rasim Balayev: Kinematoqrafçılar Birliyindən Deyilənlər Tamamilə Yalandır

“Rasim Balayev ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiya, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər alır. Bundan əlavə, reklam və seriallara da çəkilir, istədiyi qonorarı ala bilir. Buna baxmayaraq, Rasim Balayev istənilən vaxt qurumumuza müraciət edərsə, ona kömək göstərməyə hazırıq”.

Bunu ötən gün Şəfiqə Məmmədovanın başçılıq etdiyi Azərbaycan Kinematoqrafçılar Birliyinin mətbuat xidməti Xalq artisti Rasim Balayevlə bağlı açıqlamasında bildirib.

Oxu.Az-ın xəbəriə görə, Azərbaycanın Xalq artisti Rasim Balayev isə Modern.az-a deyib ki, bu düşüncələrin hamısı yalandır.

“Mənim şəxsi təqüdüm çox azdır, yəni 150-160 manat alıram. Bilirsiniz, onlar həmişə məni dövlətli bilirlər, qoy elə də bilsinlər. Eyni zamanda, onlar həmişə mənə altdan yuxarı baxırlar. Orada vurğulanıb ki, guya mənimlə bağlantı qurublar. Halbuki, mən heç Azərbaycan Kinematoqrafçılar Birliyinin üzvü də deyiləm və azad bir adamam. Mənim 2400 manatdan çox pul qazanmağım məsələsi tamamilə yalandır”, – deyə o söyləyib.

Qeyd edək ki, Azərbayan Respublikası Kinematoqrafçılar Birliyinin aktyorla bağlı yaydığı açıqlamasında vurğulanırdı ki, qurumun başçısı Şəfiqə Məmmədovanın göstərişi ilə Xalq artisti ilə bağlantı qurulub və onun durumu ilə maraqlanılıb.

Yada salaq ki, Rasim Balayev bir neçə gün öncə maddi sıxıntılarından danışarkən dərman almaqda çətinlik çəkdiyini bildirmişdi. Xalq artisti, deputat Zeynəb Xanlarova isə bu məsələni parlamentdə qaldıraraq, uyğun nazirlikləri aktyora yardım etməyə çağırmışdı.

Azərbaycan Kinematoqrafçılar Birliyi mətbuat xidmətinin rəhbərliyi Modern.az-la bağlantı quraraq, Xalq artisti Rasim Balayevi qınayıb.

“Biz Rasim müəllimin dövlətdən aldığı vəsaitin məbləğini havadan götürməmişik. Necə ola bilər ki, 50 illik təcrübəsi olan Xalq artisti 150-160 manat təqaüd alsın? Axı təqaüdünün sosial bazası elə 130 manatdır. Prezident təqaüdünün məbləği 1000 manat təşkil edir. Danışanda gərək məntiqlə danışasan…

Bizim birliyin katibi rəhbərliyin göstərişi ilə Rasim Balayevə zəng edib, hal-əhval tutub, durumu ilə maraqlanıb. Baxmayaraq ki, o, Azərbaycan Kinematoqrafçılar Birliyinin üzvü deyil, ancaq sıradan bir aktyor da deyil axı… İndi deyir ki, ona zəng olunmayıb. Gərək olsa, bunu sübut da edə bilərik”.

Rasim Balayev müalicə üçün Türkiyəyə göndərilir

Azərbaycanın Xalq artisti Rasim Balayev müalicə olunmaq üçün Türkiyəyə gedəcək. O, Türkiyəyə noyabrın 22-də yollanacağını, müalicə xərclərinin Azərbaycan dövlətinin ödəniləcəyini deyib: “İstanbula gedirəm. Xəstəxananın adını hələ bilmirəm. Müalicə olunduğum dönəmdə, demək olar ki, Bakıdakı bütün xəstəxanaları gəzmişəm, hara göndərdilər, ora da gedirdim”.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir