Ramiz Mehdiyev tutduğu vəzifələrdən uzaqlaşdırılır

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiqlənib və bununla da Prezident Administrasiyasının keçmiş başçısı, Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin qurumun sədri vəzifəsindən azad edilməsi rəsmiləşib.

Bu, son günlər həm siyasi çevrələrdə, həm də mətbuatda və sosial şəbəkələrdə personası ətrafında müzakirələr gedən 82 yaşlı Ramiz Mehdiyevin uzaqlaşdırıldığı ikinci komissiyadır.

Belə ki, bir neçə gün öncə – Prezidentin 3 sentyabr 2020-ci il tarixdə imzaladığı fərmanla Ramiz Mehdiyevin Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının sədri vəzifəsindən də kənarlaşdırılması rəsmiləşmişdi.

Modern.az-ın məlumatına görə, yəqin ki, AMEA prezidentinin daha bir neçə vəzifədən uzaqlaşdırılması rəsmiləşəcək.

Bunlardan biri Prezident yanında Vətəndaşlıq Məsələləri Komissiyasının sədri, digəri isə Prezident yanında Heraldika Şurasının sədri postlarıdır. Prosedura görə, hər iki qurumun sədri Prezident Administrasiyasının rəhbəri vəzifəsini tutan şəxs olmalıdır.

Ramiz Mehdiyev isə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxarıldığına görə, onun bu iki qurumun da sədrliyindən uzaqlaşdırlması rəsmiləşdirilməlidir.

Ramiz Mehdiyev indi həm də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür.

Bundan başqa, onun Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmaqla yanaşı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 1999-cu ildən fəaliyyət göstərən Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsini tutduğu da məlumdur.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir