Türkiyəni təmsil edən Azərbaycan əsilli atlet Ramil Quliyev Qətərin paytaxtı Dohada keçirilən “Brilyant Liqa”da (Liamond League) birinci yeri tutub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, dünya və Avropa çempionu Ramil Quliyev kişilər arasında 200 metrlik məsafəyə qaçışda birinci olub. O, yarışı 19.99 saniyəyə bitirib.

28 yaşlı idmançı bu uğuru ilə Tokio 2020 Yay Olimpiya Oyunlarında iştirak etmək şansı qazanıb.

Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəyə qaçış yarışlarında dünyanın ən güclü ağdərili idmançısı hesab olunur. 

Ramil Guliyev wins the Men’s 200m in Doha – IAAF Diamond League 2019

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın