Yüngül atletika atam və anama yad deyil.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri azərbaycanlı atlet Ramil Quliyev Belarusun  “Sportpanorama” dərgisinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yüngül atletika ilə məşğul olmaq üçün gərəkli şərait olmayıb.

“Hər şey yaxşı olsaydı, biz heç Türkiyəyə getməzdik (gülümsəyir). Şərait çox pis idi. Bizim məşq etdiyimiz manejdə isitmə sistemi yox idi. İkincisi, damı su buraxırdı, ona görə gölməçənin içində qaçmalı olurduq. Sonradan həmin  bina tikintiyə bağlandı. Bu tikinti 3 ilə yaxın davam etdi. Bütün bu müddət ərzində stadionda məşq edirdik. Yağışda da, qarda da, küləkdə də”, – deyə atlet bildirib.

“Azərbaycanda inkişaf üçün perspektivlər niyə yox idi, niyə olmayıb? Düşünürəm ki, bu sualı daha çox Azərbaycanın yüngül atletika federasiyasının başçısına vermək lazımdır. Məşq etməyə yer tapa bilmədiyimizə görə, vətəndaşlığı dəyişməyə qərar verdik. İkincisi təlim-məşq toplanışlarına getmək olmurdu, üçüncüsü, artıq perspektivlərin olmamasını vurğuladım. Yəni sən nəyəsə nail olsan belə, bu heç bir halda qeyd olunmayacaq.

Türkiyəni ona görə seçdim ki, birincisi mentalitetdə yaxınlıq var. İkincisi, çox uzağa köçməyə ehtiyac yox idi. Türkiyədə tam fərqli münasibət gördüm. Sən idmanla məşğul olursansa və sənin istedadın varsa, bu istedadı inkişaf etdirməyin və uğura nail olmağın üçün hər cür şərait yaradılır. Ədalət üçün deməliyəm ki, bu təkcə idman üçün keçərli deyil. Müğənni, rəssam olsan, istedadlı və perspektivli olsan da elədir, sənə diqqət yetirəcəklər. Dövlət hər cür dəstək olacaq”, – deyə idmançı bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın