Rafael Ağayev 2018-ci İldə Dördüncü Medalını Qazandı

Mərakeşin paytaxtı Rabat şəhərində karate üzrə Premyer Liqası seriyasının növbəti turniri başa çatıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, Azərbaycan təmsilçisi Rafael Ağayev (75 kq) finalda özbək Dastanbəy Otabolayevi 3-0 hesabı ilə udaraq, turnirin çempionu olub.

RAFAEL AGHAYEV vs OTABOLAEV DASTONBEK, Karate1 Premier League – Rabat 2018 – Male Kumite -75 Kg

Azərbaycanı təmsil edən başqa idmançı İrina Zaretska (68 kq) finalda uduzaraq gümüş medala sahib çıxıb. Tural Ağalarzadə (67 kq) və Şahin Atamov (+84 kq) isə bürünc medal qazanıblar.

Yada salaq ki, bu il beşqat dünya və onqat Avropa çempionumuz Rafael Ağayev Premyer Liqa seriyalarından dördündə də medal qazanıb. O öncəlki yarışlarda bir qızıl, bir gümüş və bir bürünc medal əldə etmişdi.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir