Afrində əməliyyatlar başa çatdırılmayınca, Ankara geriyə addım atan deyil.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı “Yeni Şafak” qəzetinə qaynaqlanaraq bildirir ki, belə bir bəyanatla Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyub Ərdoğan çıxış edib.

Fərat qalxanı” əməliyyatı zamanı Türkiyə sərhədləri boyunca terror dəhlizi yaratmağı planlaşdıranlara ağır zərbə endirdik. Həmin vaxt ABŞ bu bölgəyə hərbi avadanlıqdan ibarət beş min yük maşını göndərmişdi ki, həmin vasitələr terrorçu qruplaşmalara paylanmışdı. Afrin əməliyyatı da yalnız qoyulan tapşırıqların yerinə yetirilməsindən sonra başa çatacaq”, – deyə Ərdoğan bildirib.

Ərdoğan Türkiyənin Suriyanın Cərəblus, Əl-Rai və Əl-Bab şəhərlərində olduğu kimi, Afrin bölgəsini də nəzarətə götürəcəyinə söz verib.

“Bildirirəm ki, Ankara Suriya torpaqlarını tutmağı planlaşdırmır. Türkiyənin məqsədi – milli güvənliyi və Suriyanın torpaqlarının bütövlüyünü təmin etməkdir”, – deyə Ərdoğan diqqətə çatdırıb.

Ərdoğanın bu bəyanatından çox keçməmiş Suriya əməliyyatlarında Türkiyənin ilk itkini verdiyi, bir döyüşçünün şəhid olduğu xəbəri yayılıb. “Anadolu” agentliyinin bildirdiyinə görə, əsgər PKK üzvləri ilə baş verən toqquşma zamanı həlak olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın