Rəcəb Təyyub Ərdoğan: Terrorçular Qaçacaq, Biz də Qovalayacağıq

Suriyada “Zeytun Budağı” əməliyyatı çərçivəsində öldürülən PKK, YPG, PYD-li və İŞİD-çi terrorçuların sayı 4 min 17 nəfərə çatıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyub Ərdoğan AKP-nin Siirt şəhər qurumunun qurultayında çıxışı zamanı deyib.

O, vurğulayıb ki, son zamanlar Şimali İraqda yox edilən terrorçuların sayı 327, ölkə içində zərərsizləşdirilən terrorçuların sayı isə 154 nəfərdir.

“Nə demişdik? Demişdik ki, haraya qaçarsanızsa, qaçın, haraya girərsənizsə, girin, biz də orada olacağıq. Biz eyni zamanda Siirtin huzurunu, güvənliyini təhdid edənləri qovalayacağıq. Onlar qaçacaq, biz qovalayacağıq. Siirti bölmək istəyənlərə aman verməyəcəyik. Yetər ki, Siirt ayaq üstündə dursun” – deyə, Ərdoğan çıxış edib.

Ərdoğan sonra deyib ki, türk, kürd, ərəb, zaza, laz və bu ölkədə yaşayan başqaları, 81 milyon Türkiyə vətəndaşı onun qardaşıdır.

“Heç kimsə türkü ərəbdən, ərəbi kürddən, lazdan, çərkəzdəə üstün tutua bilməz. Onun üçün kimsə mənim tayfam (aşiretim-red), mənim qohumum-filan deməsin. Hamımız bu ölkədə Türkiyə Respublikasının bayrağı altında bir olacağıq, iri olacağıq, diri olacağıq, qardaş olacağıq və birlikdə Türkiyə olacağıq. Bunu bacaracağıq və bir-birimizi belə sevəcəyik” – deyə, Türkiyə prezidenti sonra sözlərinə artırıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir