Afrində “Zeytun budağı” əməliyyatı uğurla davam edir. YALAN.info Online Xəbərlər və İnformasiya Saytı “Sözçü”yə qaynaqlanaraq bildirdiyinə görə, bunu Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Sarayda keçirilən 44-cü Muxtarlar toplantısında bildirib.

“Terrorçuların kökünü qurudacağıq. Bölgəni terrorçulardan təmizləmək bizim  boynumuzun borcudur”, – deyən Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyanın Münbic bölgəsini, o cümlədən, bütün sərhədboyu zonalarını PKK terror qurumunın Suriya qolu olan PYD/YPG-dən təmizləyəcək.

Ərdoğan ABŞ-ın sabiq prezidenti Barak Obamanın vaxtilə Türkiyəni aldatdığını deyib:

“Biz Obama dövründə də “Zeytunluq” hərəkatı başlatmışdıq. Ancaq “Zeytunluq” hərəkatında Barak Obama bizi aldatdı. Bu hərəkatında məqsəd Münbici təmizləmək idi. Obama sözündə durmadı. Biz üzərimizə düşəni etdik, ABŞ üzərinə düşəni etmədi. Onlar söz verdilər ki, Münbicdəki terrorçuları Fərat çayının şərqinə aparacaqlar. Çünki Münbicin əhalisinin 95 faizi ərəblərdir. Sözlərinin üzərində durmadılar, çünki məqsədləri yeni terror dövləti yaratmaq idi. Adını kürd dövləti qoyurdular, halbuki Münbicdə kürdlər yox idi, əhalinin 95 faizi ərəb idi. Kobanidə də əhalinin çoxu ərəb idi. Ərəbləri qovub, ora terrorçuları yığdılar”, – deyə Türkiyə prezidenti sözlərinə artırıb.

Ərdoğan Türkiyə ordusunun Suriyanın Afrin bölgəsini PKK terror qurumunun Suriya qolu PYD/YPG-dən təmizləmək üçün indi həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında türk əsgərləri və müxalif Azad Suriya Ordusunun (ASO) döyüşçüləri də daxil olmaqla, 7-8 şəhidin olduğunu açıqlayıb:

“Öldürülən terrorçuların sayı isə 268-dən çoxdur”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın