Qurban Qurbanov: İndi Samtredia oyunu öncəsi bizi Şerif, Kukesi maraqlandırmır

Qarabağ Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III seçim mərhələsinin püşkünə açıqlama verərkən “İndi bizi nə Şerif, nə də Kukesi maraqlandırır. İyulun 18-i baş tutacaq Samtredia ilə cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik” deyib.

Qarabağlıların 45 yaşlı mütəxəssisi jurnalistlərin suallarını cavablandırıb.

– Cavab görüşündən nə gözləyirsiniz?

– Cavab oyununda ehtiyatlı olmalıyıq. Çətin oyun oldu. Futbolçular xarakter sərgilədilər, bir dəqiqə də olsun meydanda özlərini rahat duymadılar. Azarkeşlər də bu gün gözəl idilər. Cavab oyunundan öncə səhvlərimizi nəzərdən keçirib, onları aradan qaldırmağa çalışacağıq. Avrokuboklarda istənilən hesab qeydə alına bilər.

– Yeni transferlərdən razı qaldınız?

– Həm Donald Gerryer, həm də Yakub Jezniçak təcrübəli futbolçudur. Ancaq onlara oyununa bir oyunla dəyər vermək olmaz. Futbolçuların oyun intizamından razı qaldım. Nə cür danışmışdıqsa, elə də oynadılar. Onlar meydana çıxandan sonra komandanın sistemi pozulmadı. Hər ikisi peşəkar futbolçudur.

– Rəşad Sadıqovun durumu necədir?

– Onun durumuna sabah, ya da bir-iki günə tam aydınlıq gələcək. Dizində problem var. İnanıram ki, ciddi bir şey yoxdur.

– Bu mövsüm Çempionlar Liqasında maksimum hədəfiniz nədir?

– Biz qoşulduğumuz hər bir turnirdə maksimum irəliləmək istəyirik. Futbolçularımızın təcrübəsi var. Bu turnir çox ciddidir. Burada zəif komanda olmur. Hər komanda öz ölkəsinin çempionudur. Oyunlarda istənilən sonuc ola bilər. Qrupa düşməyə çalışacağıq.

– Futbolçu olduğunuz zaman – 26 il öncə Gürcüstanda “Mertsxali” komandasında çıxış etmisiniz. Bu ölkəyə gedəndə keçmiş komanda yoldaşlarınızla görüşəcəksiniz?

– Əfsuslar olsun ki, həmin komandadan heç kim yadımda qalmayıb. Üzərindən 26 il keçib. Ancaq bu sözlərdən sonra onları yada salmağa, Tbilisiyə gedəndə onlarla görüşməyə çalışacağam.

Yada salaq ki, Qarabağ FK II mərhələdəki rəqibi Samtredianı keçərsə, sonrakı mərhələdə “Şerif” (Moldova) – “Kukesi” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qarabağ – Samtredia 5:0 – Bütün qollar

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir