İnsan diliylə doğru, ya da yanlış, gözəl, ya da çirkin, hər hansı sözü işlədərək çox asanlıqla yalan danışa bilər. Dil yalan söyləyə bilər, ancaq bədən dili heç vaxt yalan danışa bilməz. Ağızdan çıxanın yalan olduğunu anlamaq üçün qarşıdakı adamın davranışlarını yaxşı analiz etmək, bədən dilini yaxşı bilmək gərəkdir.

Gözlər Yalan Danışmaz

Bir insanın gözünün içinə baxa-baxa yalan danışmaq çox çətindir. Bunu hər kəs edə bilmir. Yalan danışan insan müəyyən bir müddət sonra göz təmasından qaçacaq, səs tonunda duyulacaq dərəcədə dəyişiklər olacaq. Dodaqlarda yüngül oynamalar, gülümsəmələr, baş yelləmələri, əl və qol hərəkətləri və göz bəbəklərinin kiçilməsi – bütün bunlar insanın yalan danışmasına işarədir.

Əllər və Etdiyi Jestlər Yalançını Satır

Yalan danışan insanların əlləriylə etdikləri jestlər azalır. Adi halda əl jestləri ifadəni gücləndirmək məqsədiylə edilir. İnsanların əksəriyyəti danışdıqları sözlərin anlamını artırmaq üçün etdiyi əl hərəkətlərinin fərqində deyil. İnsan danışarkən əlini yellədiyini bilir, ancaq əllərinin əslində nə məna kəsb etdiyini bilmir. Əllərinin hərəkət etdiyini bilmək, ancaq nə etdiyini tam olaraq bilməmək adamı şübhəyə salır və qorunma mexanizmi işə düşür. Beləcə əllərin hərəkətləri azalır. Ya da insan içəridə yaşadığı ziddiyyət səbəbindən əllərinin onu ələ verəcəyindən qorxaraq əllərini ya cibinə salır, ya üzərinə oturur və ya bir əliylə o birini tutur. Bir insanla səmimi olaraq görüşdüyünüz zaman əllərinizi rahatlıqla göstərirsiniz, ovuclarınız yuxarıya doğru açıq olur. Ancaq yalan danışdığınız zaman əllərinizi ya arxanızda gizlədər, ya da ciblərinizə qoyarsınız. Yolda gedərkən söhbət əsnasında partnyorunuzun sizdən bir addım arxada getməsi, danışdıqlarından rahatsız olmasının nişanı sayıla bilər.

Yalan Danışanın Əlləri Üzündə Olur

Yalan danışan şəxs danışıq zamanı tez-tez əlini üzünə aparır. Əgər danışıq səmimi deyilsə bu jestin sayı artır. Əl üzə gedən zaman çənəni tutmaq, ağzı örtmək, buruna toxunmaq, gözün altını qaşımaq, qulaq məməsini çəkmək və saçı oynatmaq müşahidə edilə bilər ki, bu da yalanı üzə çıxardan bədən hərəkətləridir. Uşaqlar yalan danışarkən əlləriylə ağızlarını bağlayırlar.

Yalan Danışan Susayır

Yalan danışan insan tez-tez udqunur. Bədən yalan danışılmasına qarşı çıxır və boğazın vəzifələrini yerinə yetirməsini çətinləşdirir. Danışmaq da çətinləşir. Əgər insan yalan danışırsa sözləri səsləndirmək üçün tez-tez udqunmağa başlayır.  Sanki susamış kimi dodaqlarını yalayır.

Gözlər Yalan Söyləməz

Yalanı gözlər vasitəsilə də aşkarlamaq olur. Qarşınızdakı insana cavabını bildiyiniz sualı verin. Onun göz hərəkətlərinə fikir verin. Cavabı fikirləşərkən gözlərinin haralara getdiyini diqqətlə izləyin. Hər bir şəxs doğru danışdığı zaman bir istiqamətdə baxır, yalan danışanın gözləri “gəzir”.

Öskürərək Zaman Qazanmağa Çalışırlar

Əgər söhbət etdiyiniz şəxsdən harada olduğunu soruşsanız və o da öskürməyə başlasa bu yaxşı işarə deyil. Yalandan öskürmək klassik aldatma metodudur. Bədən yalana qarşı çıxmağa çalışır. Öskürmək hekayə uydurmaq üçün zaman qazanmaq şansını artırır.

Yalançılar Tez-Tez Danışmağa Çalışır

İnsan nə qədər sürətli danışırsa yalan danışdığından şübhələnmək olar. İnsanlar elə düşünürlər ki, tez-tez danışsalar yalanları ortaya çıxmayacaq.

Yalançını Nəfəsindən Anlamaq Olar

Yalan danışan insan rahat nəfəs ala bilmir, ona isti olur, hətta tərləyə bilər. Yalançının ürəyi daha tez-tez döyünməyə başlayır. Bu halda insanlar qarınlarıyla deyil, sinələriylə nəfəs alırlar.

1 AÇIQLAMA

  1. En esasini yazmamisiz: yalan danisana hec ne demeyib durub uzune baxirsan ve ya dogurdan? sualini verib gozlerine baxirsan. Eger yalan danisirsa sakit dura bilmeyecek ya behaneler getirecek ya da en azindan gozunu gacirmaga calisacaq

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın