Bir neçə saat öncə Danimarkanın Kopenhagen klubuna qarşı cavab oyununda Qarabağlılar 2-1 hesabı ilə uduzsalar da UEFA Çempionlar Liqasının (UEFA Champions League) qrup mərhələsinə adlaya bilən ilk Azərbaycan klubu kimi tarixi uğura imza atdı.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, Qurban Qurbanovun yetirmələri “Parken” stadionunda keçirilən qarşılaşmada istədiyi nəticəni əldə edə bilib. UEFA-nın rəsmi saytının da yazdığı kimi, Qarabağ tarix yazdı!

Hesabı 45-ci dəqiqədə Federikko Santander açıb. 63-cü dəqiqədə Dino Ndlovu atlıların tarixi qolunu vuraraq oyunda heç-heçəni bərpa edib. Ancaq bu qoldan cəmi 3 dəqiqə sonra Pavloviç yenidən Kopenhageni hesabda irəli çıxarıb. Bundan artığına isə Danimarka klubunun gücü çatmayıb.

İlk oyunda Bakıda rəqibini 1-0 hesabı ilə məğlub edən “Qarabağ” futbol klubu Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk komanda olub.


København vs Qarabag FK 2-1 (AGG 2-2) Highlights & All Goals UEFA Champions League playoff 23/8/2017

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın