Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Razmikoviç Kalantaryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsiylə bağlı yaydığı məlumatı açıqlayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilən xəbərə görə, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.

Ermənistan Ordusunun bölmələrinin 1998-ci il doğumlu hərbi qulluqçusu – Ayk Kalantaryan öldürülüb və başqa iki hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

https://www.youtube.com/watch?time_continue=21&v=rjPKPOMBb8o

Cəbhədə düşmən hərbçisi məhv edilib

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın