Qarabağ Futbol Klubu Azərbaycan Kubokunun finalında Neftçini uddu

Ötən gün Tofiq Bəhramov adına Respublika Stadionunda Qarabağ-Neftçi futbol klubları arasında Azərbaycan Kubokunun final qarşılaşması baş tutub.

Bu klublar ötən il Azərbaycan kubokunun finalında qarşılaşıb. Keçən il Azərbaycan kubokunun qalibi finalda 3-1 hesabı ilə qalib gələn Qarabağ olmuşdu. İndiyədək Qarabağ  7, Neftçi isə 8 dəfə Azərbaycan kubokunun finalına yüksəlib. Neftçi 6, Qarabağ isə 4 dəfə kuboku başı üzərinə qaldırmışdı.

Finalda 1-0 qalib gələn Qarabağ Azərbaycan Kubokunu qazandı

Görüşün 90 dəqiqəsi qolsuz başa çatdığından əlavə vaxtlar oynanılıb. Hər kəs qalibin penaltilər seriyasında müəyyənləşəcəyini gözlədiyi halda səhnəyə Migel Madera çıxıb. 120-ci dəqiqədə ispaniyalı futbolçu Qarabağ Futbol Klubuna kuboku qazandıran qolu gətirib. Bununla da Qarabağ FK 2015/2016 mövsümünü “qızıl dubl”la başa vurub.


Qarabağ – Neftçi: 1-0 (2015/2016 Azərbaycan Kubokunun Finalı)

Qol: Migel Madera, 119 (1:0)
Qırmızı vərəqələr: Erik Ramos, 120+1 (Neftçi), Reynaldo, 120+3 (Qarabağ)
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
Tofiq Bəhramov adına Respublika stadionu

Bununla da Ağdam təmsilçisi tarixində 5-ci dəfə kubokun sahibi olub,  3 dəfə isə (1993, 2015, 2016-cı illər)  “qızıl dubl” edib. Ötən mövsümdə finalda bu iki komanda qarşılaşmışdı. “Qarabağ” 3:1 hesabı ilə qalib gələrək “qızıl dubl” etmişdi.

Qarabağ FK: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 9. Reynaldo Silva, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 67. Alharbi Eljadeuri, 91. Coşqun Diniyev, 99. Muarem Muarem
Baş məşqçi: Qurban Qurbanov

Neftçi PFK: 1. Aqil Məmmədov, 26. Kamal Qurbanov, 4. Rahil Məmmədov, 95. Elvin Bədəlov, 3. Jairo, 27. Məqsəd İsayev, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 11. Ruslan Qurbanov, 8. Elşən Abdullayev, 7. Araz Abdullayev (k).
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 5. Melli, 9. Nikolas Kanales, 10. Cavid İmamverdiyev, 19. Fəhmin Muradbəyli, 20. Anyete, 41. Aqşin Qurbanlı.
Baş məşqşi: Vəli Qasımov

Azərbaycan kubokunun finalında ara qarışdı

Qoldan sonra meydanda gərgin mübarizə başlayıb. Əvvəlcə Neftçidən Erik Ramos kobud oyuna görə finalın baş hakimi Fariz Yusifov tərəfindən qırmızı vərəqə alaraq, meydandan qovulub. Ardınca isə Qarabağın futbolçusu Reynaldo rəqibinə təpik vurduğu üçün birbaşa qırmızı vərəqəyə layiq görülüb.

Braziliyalının bu hərəkəti rəqib futbolçuları özündən çıxarıb. Nəticədə hər iki komandanın üzvləri meydanda ciddi mübahisə edib.

Final Oyunundan Sonra Azarkeşlər Xəstəxanalıq Oldu

Mükafatlandırma mərasimindən sonra ağdamlıların kapitanı Rəşad Sadıqov “İmarət” azad azarkeş qrupunun yer aldığı sektora gələrək onlara forma atıb. Bu zaman isə tribunada hərəkətlilik yaranıb. Polis isə bunu həzm edə bilməyib. Nəticədə azarkeşləri tribunadan sıxışdırıb çıxarıb.

Bu zaman Qaradağ rayonu Polis İdarəsinin əməkdaşları azarkeşlərə qarşı gözyaşardıcı qazlardan istifadə edib. Bu isə fanatların ciddi narazılığına səbəb olub. Əvəzində isə polis bu dəfə dubinkadan istifadə edib.

Nəticədə dili qatlanan, ayağı, əli sınan, xəstəxanalıq olan azarkeşlər olub. “İmarət” azarkeş qrupundan verilən məlumata görə, fan-klubun yaralanan üzvləri 1 saylı şəhər xəstəxanasına və Nərimanov rayonundakı 5 nömrəli xəstəxanaya çatdırılıb. Döyülən azarkeşlər arasında azyaşlı olanlar da var. ANS PRESS-in Sport7.az-a istanadən verdiyi məlumata görə, hadisə “Qarabağ” rəhbərliyinin müdaxiləsindən sonra sakitləşdirilib.

Rövnəq Abdullayev: Bir az üstünlük Qarabağ tərəfdə idi, ancaq Neftçi də əla mübarizə apardı

Final qarşılaşmasını izləyənlər arasında AFFA-nın prezidenti Rövnəq Abdullayev də olub. O, oyunla bağlı düşüncələrini səsləndirib: “Əla oyun keçdi. Çox maraqlı idi. Bir az üstünlük Qarabağ tərəfdə idi, ancaq Neftçi də əla mübarizə apardı. Yaxşı epizodlar var idi. Düşünürəm ki, nəticə oyuna görə oldu. Qarabağı təbrik edirəm. Neftçi də Avrokuboklara vəsiqə qazanıb. Hər iki komandanın Avropa arenasında özlərini yaxşı göstərəcəklərinə inanıram”.

AFFA prezidenti başa çatan futbol mövsümünün nəticələri haqqında da danışıb: “Planlaşdırdığımız bütün məsələləri həll etdik. Əsas məqsədlərimiz uşaq futbolunun inkişafı, Premyer Liqanın keyfiyyətli təşkili idi. Bunlara da nail olduq. Avropada ötən mövsüm klublarımız yaxşı çıxış etdilər”.

Qarabağda 3 anlaşma və 1 yeni transfer

Qarabağ FK müqaviləsi başa çatan 3 futbolçu ilə bağlı qərar verib. ANS PRESS-in məlumatına görə, baş məşçqi Qurban Qurbanov İlqar Qurbanov, Ansi AqolliMuarem Muaremin komandada qalmasını istəyib.

Artıq hər 3 futbolçu ilə yeni müqavilə imzalayıb. Anlaşmaya əsasən onlar daha bir il Qarabağın formasını geyinəcək. 2011-ci ildən Qarabağda çıxış edən Aqolli bu müddətdə 235 rəsmi oyuna çıxıb.

Alban futbolçu 4 qola imza atıb. Aqolli kimi 2011-ci ildən Ağdam klubunun formasını geyinən İlqar 123 matçda 5 dəfə fərqlənib. 2012-ci ildən Qarabağda çıxış edən, 2015-ci ilin yayında Eskişəhərspora transfer olunsa da, qışda geri dönən Muarem isə 146 rəsmi oyunda 27 dəfə rəqibləri kədərləndirib.

Müqaviləsi başa çatan Samuel Armenteros Qarabağı tərk edib. Ağdam klubunun Əl-Hərbi Əl Jadeyui və Namiq Yusifovla yollarını ayıracağı, Fərhad Vəliyevlə Cavid Tağıyevi icarəyə verəcəyi gözlənilir. Bundan başqa Qarabağ Qəbələdən ayrılan Arif Daşdəmirovu heyətinə cəlb edir.

Ağdam təmsilçisi yaxın iki gündə Daşdəmirovla müqavilə imzalayacaq. Qarabağın millimizin üzvü ilə iki illik müqavilə imzalayacağı gözlənilir. 28 yaşlı müdafiəçi bu yay transfer pəncərəsində Ağdam klubunun aldığı ilk futbolçu olacaq. Daşdəmirov 2015/16 mövsümünü Qəbələdə keçirib. Mövsüm yekunlaşandan sonra o, bölgə klubu ilə yolları ayırıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir