Qarabağ Futbol Klubu UEFA Çempionlar Liqasında mübarizəyə dünən Olimpiya (Ljubljana) komandasını udmaqla başlayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ağdam klubu birinci təsnifat mərhələsinin ilk qarşılaşmasında səfərdə “Olimpiya”nın qonağı olub. Qurban Qurbanovun komandası mübarizəyə Sloveniyadakı uğuru ilə başladı.

Görüşün taleyini ağdamlıların şərəfini qoruyan Donald Gerryenin 79-cu dəqiqədə vurduğu yeganə qol həll edib. Beləliklə də, Azərbaycan çempionu səfərdən qələbə ilə qayıdır.

Qeyd edək ki, Qarabağ FK və Olimpiya (Ljubljana) komandaları arasında cavab oyunu iyulun 18-də Bakıda keçiriləcək.

https://www.youtube.com/watch?v=LgkX1GUNoYo

Olimpiya Ljubljana 0-1 Qarabağ FK: Donald Guerrierin qolu

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın