“Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasında rəqibləri olacaq İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” klubları öz çempionatlarında oyuna çıxıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, London təmsilçisi bu gün Uelsdə “Kardif”in qonağı olub. “Arsenal” hesabda iki dəfə öndə olsa da, meydan sahibləri hesabı bərabərləşdirib. Lakin sonda “Arsenal” daha bir qol vuraraq 3-2 qalib gəlib.

“Arsenal”dan qolları almaniyalı Şkodran Mustafi, qabonlu Pyer-Emerik Obameyanq və fransalı Aleksandr Lakazet vurub. Bununla da “topçular” ardıcıl ikinci qələbəsini qazanıb və altı xalla IX sırada qərarlaşıb.

Sportinq” isə IV turda “Feyrensi”ni udub. Oyunda tək qolu 88-ci dəqiqədə kabo verdeli Jovani Kabral vurub. “Sportinq” on xalla I-III yerləri bölüşür.

Vurğulayaq ki, avqustun 31-də “Qarabağ”ın qrupdakı başqa rəqibi – “Vorskla” da meydana çıxıb. Poltava klubu Ukrayna Premyer Liqasının VII turu çərçivəsində “Çernomorets”i 2-1 udub. Meydan sahiblərindən qolun birini Vladislav Kulaç vursa da, ikinci qol rəqibin öz qapısına fərqlənməsindən sonra qeydə alınıb. İndi “Vorskla” doqquz xalla VII yerdədir.

Yada salaq ki, “Qarabağ” FK bu həftə milli çempionatda oyuna çıxmayıb. Buna səbəb Azərbaycan Premyer Liqasının millimizin Millətlər Liqasında Kosovo və Malta yığmaları ilə oyunlarına görə təxirə salınmasıdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın