Qanlı Yanvar filmi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində

ANS PRESS-in məlumatına görə, müasir tariximizin ən qanlı dövrlərindən birindən bəhs edən film bu dəfə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə təqdim edildi.

Nümayişdə universitetin rektoru Fərəh Əliyeva, müəllimlər və tələbələr, həmçinin filmin aktyorları Azər Aydəmir, Faiq Mirzəyev, filmdə Larisanı canlandıran Tamilla Həmidova, ANS Şirkətlər Qrupunun vitse prezidenti Mir Şahin Ağayev və media nümayəndələri iştirak etdilər.

Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva çıxış edərək bildirdi ki, belə görüşlərin keçirilməsinin böyük əhəmiyyəti var: “Universtetdə Azərbaycan mədəniyyətinin və incəsənətinin müxəlif sahələrində işləyəcək tələbələr oxuyur. Ona görə də belə görüşlərin təşkilinin və filmlərin nümayişinin tələbələr üçün tərbiyəvi əhəmiyyəti var. Həmçinin ekrandan baxdığınız aktyorlarla görüşmək çox maraqlıdır. Mən bu anları bizə yaşatdığı üçün başda rejissor Vahid Mustafa Yev olmaqla filmin bütün yaradıcı heyətinə öz təşəkkürümü bildirirəm”.

Film tələbələr tərəfindən də böyük maraqla qarşılandı. Universitetin tələbəsi Rasim Səfərəliyev film barədə təəssürratlarını ANS PRESS-lə bölüşdü: “Azərbaycanda kino sahəsində bəyəndiyim, dəstəklədiyim, hətta dərindən hörmət bəslədiyim rejissorlardan biri Vahid Mustafa Yevdir. Mən Vahid müəlimə Azərbaycanın tarixi həqiqətlərini dünyaya çatdırılmasında böyük əhəmiyyətə malik olan “Qanlı Yanvar” filmini ərsəyə gətirdiyi üçün təşəkkür edirəm. O, bizə 20 yanvar barəsində böyüklərimizdən eşitdiklərimizi əyani şəkildə göstərir. Bu gün mən 20 yanvar hadisələrinin daxilən şahidi oldum”.

Tələbə Nurlana Abdulrəhanova bildirdi ki, “Qanlı Yanvar” hər il matəm günlərində efirlərdə nümayiş olunan filmlərdən tam fərqlidir: “Qanlı Yanvar” filminin çəkilməsi Azərbaycan üçün böyük uğurdur. Bu film kinomuzdakı standart və bir – birini təkrarlayan ənənələri aradan qaldıracaq”.

Filmin baş qəhrəmanları Azər Aydəmir, Faiq Mirzəyev və Tamilla Həmidova “Qanlı Yanvar” dakı rolları və 20 Yanvar faciəsi haqqında fikirlərini tələbələrlə bölüşüb.

Nümayiş bitdikdən sonra Azərbaycanın qan yaddaşında əbədi yaşayacaq 20 yanvar faciəsinə həsr olunmuş “Qanlı Yanvar” bədii filminin müəllifi Vahid Mustafa Yev təşəkkürnamə ilə təltif olundu.

“Qanlı Yanvar” filmi bundan əvvəl Bakı Slavyan, Azərbaycan Neft və Sənaye Universitetlərində, Bakı Ali Neft Məktəbində (BANM) tələbə, müəllim heyətinə, daha əvvəl isə Nizami rayonunda yerləşən, şəhid Kamil Eyyubovun adını daşıyan 12 saylı məktəbdə nümayiş olunub.

“Qanlı Yanvar” filmi bir neçə mötəbər film festivalında nümayiş etdirilib və uğurlar əldə edib. Dekabrın 2-də film Hindistanda, 46-cı Beynəlxalq Qoa Film Festivalında tamaşaçı rəğbəti qazanaraq 3-cü yeri tutub. Bu barədə tədbirin direktoru Sentil Rajan filmin rejissoruna xüsusi sənəd göndərib.
Bundan başqa Hindistanın ən məşhur qəzetlərindən olan “İFFİ daily” də “Qanlı Yanvar” haqqında məqalə dərc olunub.

Hindistanın Qoa şəhərində keçirilən festival Asiyanın nüfuzlu tədbirlərindən hesab olunur. “Qanlı Yanvar” filmi festivalda iştirak edən 3 tarixi filmdən biri olub. Hər il baş tutan mötəbər tədbirdə bu il 90 ölkədən 289 film nümayiş olunub.

“Qanlı Yanvar” filmi bundan əvvəl də bir çox Festivallarda nümayiş olunub və müxtəlif diplomlarla təltif olunub. Həmin tədbirdən bir həftə əvvəl isə film Estoniyanın nüfuzlu”Black Nights” festivalında nümayiş olunub. Film oktyabrın 23-də Braziliyanın San Paulo şəhərində keçirilən 39-cu Beynəlxalq Monstra film festivalına da qatılıb.

“Qanlı Yanvar” sentyabr ayında isə film Monreal Beynəlxalq Film Festivalında nümayiş edilib. Filmin nümayiş premyerasında festivalın prezidenti Serxio Lis, kommunikasiya direktoru Henri Velş və digər nümayəndələr də iştirak ediblər.

Film festivalın xüsusi diplomuna layiq görülüb. Həmin diplomu prezident Serxio Lis Vahid Mustafa Yevə şəxsən təqdim edib. Nebahət Çehrə və Lenn Deyvis kimi dünya məşhurlarının rol aldığı “Qanlı Yanvar” filmi ilk dəfə 2015-ci il yanvarın 19-da Bakıda nümayiş olunub.

Qeyd edək ki, “Qanlı yanvar” filminin əsas süjet xəttini real hadisələr təşkil edir. Ekran əsəri bir neçə baş rol qəhrəmanının timsalında xalqın müstəqillik idealları uğrunda mübarizəsini canlandırır. 1990-cı ilin yanvarında baş verən hadisələrin təsvir olunduğu filmdə təcavüzkar ordunun Bakıya soxulması və qanlı qırğın törətməsini əks etdirən dramatik səhnələr yer alıb.

Qanlı yanvar hadisələrinin iştirakçısı olan rejissor Vahid Mustafayev filmdə real hadisələri canlandırmağa və insanları bu gün də düşündürən bir sıra suallara cavab tapmağa çalışıb.

Dramın mərkəzində isə onların anası – Türkiyənin tanınmış aktrisası Nəbahət Çehrənin canlandırdığı Xədicə xanım dayanıb. Filmdə tanınmış azərbaycanlı aktyorlarla yanaşı Nəbahət Çehrə və Leyn Devis kimi məşhur xarici aktyorlar da çəkiliblər.

Filmin Bakı premyerası 2015-ci ilin yanvar ayının 19-da baş tutub.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir