Türkiyənin “Qalatasaray” klubu futbol üzrə ölkə birinciliyində 21-ci dəfə qalib olmaqla çempion titulu rekordunu yeniləyib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Qalatasaray” Türkiyə Superliqasında sonuncu tura qədər hansı klubun çempion olacağı bilinmirdi. Sonuncu turunda səfərdə “Göztəpə”ni udaraq tarixində 21-ci dəfə çempion olub.

“Fənərbağça” və “Başakşehir”ə isə udmaq və rəqiblərinin büdrəməsinə ümid etmək qalırdı.

Ancaq “Qalatasaray” tapşırığın öhdəsindən layiqincə gələrək, rəqiblərinə heç bir şans verməyib. Fatih Terimin komandası rəqibini 1-0 hesabı ilə udaraq 75 xalla Türkiyə Superliqasının 2017/2018-ci il mövsümünü turnir cədvəlinin birinci yerində başa vurub.

https://www.youtube.com/watch?v=luo7boNdSIQ

Göztepe 0-1 Galatasaray — Gol Tribün Çekimi (Şampiyon Galatasaray)

Qalatasaray” ölkə birinciliyində 21-ci dəfə qalib olmaqla çempion titulu üzrə rekordunu yeniləyib. “Fənərbaxça”nın 19, “Beşiktaş”ın isə 15 titulu var.

Çempionluq uğrunda mübarizə aparan komandalardan “Fənərbağça” klubu “Konyaspor”u 3-2, “Başakşehir” isə “Kasımpaşa”nı 3-2 hesabı ilə udub. Dördüncü yerdə qərarlaşan “Beşiktaş” isə “Sivasspor”a 5-1 hesabı ilə qalib gəlib.

Beləliklə, “Fənərbağça” və “Başakşehir” 72 xalla uyğun olaraq turnir cədvəlində ikinci-üçüncü yerləri bölüşüblər. “Beşiktaş” 71 xalla dördüncü, “Trabzonspor” 55 xalla beşinci sırada qərarlaşıb.

Şampiyon Galatasaray!

Dünən bu qələbədən sonra gecə saatlarında Bakıda da izdiham yaşanıb. Yüzlərlə insan Türkiyənin Azərbaycandakı səfirliyi önündə “Qalatasaray”ın çempionluğunu qeyd edib. Həmin videonu təqdim edirik.

https://www.youtube.com/watch?time_continue=9&v=2PBi3yp-z3o

Bakü Büyükelçiliği önünde Galatasaray şampiyonluk kutlaması. 2018

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın