İstanbulun Qalatasaray Odeabank basketbol klubu tarixində ilk dəfə FİBA Avropa Kubokunun (Eurocup) sahibi oldu.

Son mərhələdə Türkiyənin kişilərdən ibarət basketbol klubu Fransanın Strasburq komandası ilə iki dəfə qarşılaşdı. Finalın Fransada keçirilmiş ilk oyununda Strasburq 66-62 hesabı ilə qalib gəlmişdi.

Dünən başa çatmış cavab görüşündə meydan sahibləri oyun boyu üstünlüyü əldən vermədi. Sonda 78-67 hesabı ilə qalib gələn Qalatasaray Odeabank iki oyunun cəmində topların daha yaxşı fərqinə görə qitə kubokuna sahib çıxıb. Bununla da klub tarix yazaraq ilk dəfə Eurocup Avropa Kubokunu qazanıb.


Eurocup Finals Highlights: Galatasaray Odeabank Istanbul – Strasbourg (Game 2)

Qalatasaray Odeabank klubu gələn sezon THY Basketbol Liqasında oynamaq şansını da qazandı.

Sarı-qırmızılı azarkeşlər oyun bitdikdən uzun zaman sonra da komandalarının uğuruna sevinməyə davam etdilər. Meydana girən texniki heyət və oyunçuların sevinci tribunalardakı çılğın azarkeşlərlə aparıcıların alqış səslərinə qarışdı.

Bütün seremoniya bitdikdən sonra isə Qalatasaraylı oyunçular kuboku tribunalara götürdü. Basketbolçular sevinclərini sarı-qırmızı komandanın qalib gəlməsində böyük rolu olmuş azarkeşlərlə bölüşdülər.


Qalatasaray Eurocup Avropa Kubokunun Çempionu oldu

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın