Bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq.

Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Oxu.Az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

O, bildirib ki, bu gün həm Azərbaycan, həm Türkiyə bır sıra çətinliklərlə üz-üzədir.

Onun sözlərinə görə, Azərbaycan 30 ildən çoxdur ki, işğal, təcavüz faktından, qardaş Türkiyə isə ötən əsrin 80-ci illərinin ortalarından PKK terrorundan əziyyət çəkir, həmçinin, son illər Ərəb dünyasında, Yaxın və Orta Şərqdə yaşanan məlum qanlı olaylarla bağlı PYD, YPG, İŞİD terrorçu qruplaşmaları Türkiyəni hədəf almaqdadır:

“Ona görə də bizim daim bir arada olmağımız, aydınlarımızın, gənclərimizin hər zaman koordinasiyalı şəkildə fəaliyyət göstərməsi lazımdır.

Hər şeyi dövlətdən, dövlət rəhbərlərindən gözləmək olmaz.

Bizlər də öz fəaliyyətimizi ortaya qoymalı, birliyimizə töhfələrimizi verməliyik”.

Millət vəkili eyni zamanda, Azərbaycan xalqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb və bütün Türk dünyasını, harada doğulub, harada yaşamasından asılı olmayaraq, hər bir türk insanını da buna çağırıb:

“Azərbaycan bizim olduğu qədər Türkiyənin, Türkiyə də Türkiyənin, qardaş türklərin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir.

Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar”.

Millət Vəkili Qənirə Paşayeva: Atatürkün İndi Məzarda Sümükləri Sızlayır

Q.Paşayeva həmçinin deyib ki, hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır, bu məsələdə Azərbaycana birmənalı dəstəyini verməlidir:

“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir.

Ona görə də Türk dünyası ilə bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq.

Bu məsələdə özəlliklə, gənclərimizin üzərinə çox böyük missiya düşür ki, onlar da daha fəal olmalıdırlar”.

Millət Vəkili Qənirə Paşayeva AŞPA-da Erməni yalanlarına qarşı çıxdı

Deputat: Bir Sıra Ölkələrin Yalanları Dəstəkləməsi Ciddi Suallar Yaradır

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın