Avropa Birliyinin Şərq Tərəfdaşlığı Sammiti Azərbaycan ilə bu qurumla arasında bağlantılarda yeni addımların başlanğıcı kimi rəsmi Bakı üçün tarixi önəm daşıyır.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə yardımçısı Novruz Məmmədov Xəzər Televiziyasına açıqlamasında belə deyib.

Novruz Məmmədov bildirib ki, özəlliklə sammitin sonunda qəbul edilən bəyannamədə rəsmi Bakının prinsipial saydığı başlıca məsələlərin əksini tapması əməkdaşlığın daha da genişləndirilməsi üçün zəmin yaradır.

Avropa Birliyinin Şərq Tərəfdaşlığı Sammitinin bəyannaməsində ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suverenlik kimi təməl prinsiplərin əks olunması və bütün iştirakçı dövlətlərin bunu birmənali şəkildə qəbul etməsi rəsmi Bakının qurumla bağlantılarının genişləndirməsi üçün yeni imkanlar açır. Nəzərə alsaq ki, 2015-ci ilin Riqa Sammitində Azərbaycanı qane etməyən məsələ bu prinsiplərə laqeyd münasibət idi. Ermənistan tərəfi bu dəfə də bunun qarşısını almaq üçün əlindən gələni edib, ancaq istəklərinə çata bilməyib.

Novruz Məmmədov hesab edir ki, bunun başlıca səbəbi Avropa Birliyinin (AB) Azərbaycana artıq bərabərhüquqlu tərəfdaş gözü ilə baxmasıdır. Azərbaycan Avropa Birliyi üçün siyasi və iqtisadi əməkdaşlıq baxımından önəmli bir ölkədir.

Burada başlıca məsələ ondan ibarətdir ki, Azərbaycan Avropa Birliyindən nə isə ummur. Konkret qarşılıqlı-faydalı əməkdaşlıq təklif edir. Bu əməkdaşlığın isə qarşılığında özünün şərtləri var. O şərtlər ki, beynəlxalq hüququn norma və prinsiplərinin tələbədir. Ermənistanın düşdüyü durum isə tam başqasır. İqtisadi əməkdaşlıq baxımından Avropa Birliyi üçün heç bir önəm daşımayan bu dövlət sadəcə lobbi və diaspor gücünə ayaqda qalmağa çalışır.

Bundan başqa, sammitdə digər bir məqam odur ki, Azərbaycanın işğal altında olan torpaqlarında qanunsuz səfərlər və hətta bura investisiya qoymaq üçün çalışmalar Avropa Birliyi səviyyəsində pislənilib.

Sırf ikitərəfli münasibətlər kontekstində isə, Avropa Birliyi Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu və konkret addımlar atmaq istəyini bildirib. Burada ilk sırada, viza məsələsinin asanlaşdırılması, ümumi hava məkanından istifadə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən böyük iqtisadi, o cümlədən də enerji və nəqliyyat layihələrinin birmənalı dəstəklənməsi də var.

Novruz Məmmədov: Avropa Birliyi Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir (müsahibə)

Novruz Məmmədov Şərq Tərəfdaşlığı Sammitinin sonuclarını açıqlayır

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın