Xorvatiya Prezidenti Kolinda Qarabar-Kitaroviç Azərbaycan səfiri Kamil Xasiyevi iki ölkə arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf və güclənməsindəki qulluqlarına görə Xorvatiyanın ali ordenlərindən biri “Lent ilə olan Knyaz Branimir Ordeni” (The Order of DukeBranimirwithRibbon) ilə təltif edib.

Səfirlikdən YALAN.info Online Xəbərlər və İnformasiya Saytına verilən məlumata görə, “Lent ilə olan Knyaz Branimir Ordeninin” təqdimedilməsi mərasimində çıxış edən Prezident K.Q.Kitaroviç Azərbaycanla Xorvatiya arasında olan ikitərəfli münasibətləri yüksək dəyərləndirib.

O, səfirdən Azərbaycan Prezidenti İlham Əliyevə ən xoş salamlarını çatdırmağı və Azərbaycanın dövlət başçısını yaxın zamanda Xorvatiyada qarşılamaq arzusunda olduğunu bildirib.

Səfir Kamil Xasiyev Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya Prezidenti K.Q.Kitaroviçin qarşılıqlı çalışmalarının, eləcə də Azərbaycan və Xorvatiya Xarici İşlər nazirliklərinin və hər iki ölkənin səfirliklərinin əməkdaşlığının nəticəsi olaraq iki ölkə arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin qurulduğunu vurğulayıb. O, Azərbaycan ilə Xorvatiya arasında mövcud olan dostluq münasibətlərinin hər zaman yüksələn xətt ilə inkişaf edəcəyinə əminliyini bildirib.

Qeyd edək ki, 879-892-ci illər ərzində Xorvatiyaya rəhbərlik edən knyaz Branimirin şərəfinə olan orden 1995-ci ilin aprelin 1-də yaradılıb. Orden Xorvatiyanı beynəlxalq aləmdə təşviq edən şəxslərə, o cümlədən bu istiqamətdə önəmli qatqı sağlayan diplomatlara verilir.

Prezident Kolinda Qarabar Kitaroviç Kamil Xasiyev
Xorvatiya Prezidenti Kolinda Qarabar Kitaroviç və Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasiyev

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın