Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncama qol çəkib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının məlumatına görə, Prezident İlham Əliyevin 25 dekabr 2017-ci il tarixli sərəncamında minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edildiyi bildirilib. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bununla da “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 2608 saylı Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 87) 1-ci hissəsi ləğv edilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın