Portuqaliyanın kapitanı Kriştiano Ronaldo ilk dəfə 1 oyuna 4 qol vurdu

İspaniyanın Real Madrid klubunun futbolçusu Kriştiano Ronaldo Portuqaliya yığmasının heyətində ilk dəfə 1 oyuna 4 qol vurub. 31 yaşlı kapitan bunu Andorra ilə 2018-ci il Dünya Çempionatının seçmə qrup oyununda bacarıb.

Kriştiano Ronaldonun 2, 4, 47, 68-ci dəqiqələrdə vurduğu qollarıyla yanaşı Portuqaliya millisi 44-cü dəqiqədə Joau Kanselu və 86-cı dəqiqədə Andre Silvanın qolları ilə 6-0 qələbə qazanıb.


Portuqaliya – Andorra: 6-0 Bütün Qollar 7/10/2016

Görüşdən sonra Ronaldo özünün Twitter səhifəsində yazıb: “Sevinirəm ki, millidə ilk pokerimi etdim”.

Yadınıza salaq ki, dünyanın ən varlı futbolçularından olan Portuqaliya yığmasının hücumçusu, kapitan sarğısını daşıyan K.Ronaldo yayda Avropa çempionatlarının final mərhələlərində 9 qol vuraraq, fransalı Mişel Platininin rekordunu təkrarlayıb. Onun komandası isə ilk dəfə Avropa qitəsinin çempionu olub. Ronaldo Portuqaliya üçün oynadığı 134 oyunda taplam 65 qol vurub.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir