Poedem Poedim: Rusiyadan Azərbaycana Gedərik, Yeyərik

Rusiyanın NTV telekanalının bugünkü “Poedem Poedim!” (Gedərik Yeyərik!) verilişi aparıcı Con Uorrenin (John Warren) Azərbaycana gəzintisinə həsr edilib. Rusiyanın Britaniyalı müxbiri Bakıda, Gəncədə, Naftalanda və Göygöl rayonunda olub.

Səfəri zamanı Azərbaycanın yeməkləri ilə tanış olan Con Uorren, həm də ölkəmizin özəlliklərini yaxından göstərməyə çalışıb. O, özü neftlə çimir, yerli əhalinin “badımcan” adlandırdığı taksi ilə gedir, həmçinin əcəb-sandal bişirir.

Odlar Yurdunda Con Uorrenin maraqlı əməllərindən biri də “Brilyant əl” (Бриллиантовая рука) filminin tanınmış qəhrəmanını imitasiya etməsidir. Sən demə, Naftalan nefti ilə vanna qəbul edən jurnalist bir anlığa özünü “Brilyant əl” filminin qəhrəmanı kimi hiss edir. Ona elə gəlir ki, qollarına sarğı bağlayaraq, içinə qızıl doldururlar. Amma ayılanda görür ki, qollarındakı “qara qızıl”dır.

Con Uorren daima maraqlı qeyri-adiliklərin axtarışında olan pozitiv aparıcıdır. O, Bakıda da öz ampluasına sadiq qalıb. Azərbaycan paytaxtında Uorren yanğınsöndürən forması geyinərək Yanardağı söndürmək istəyib.

Con Uorren (John Warren) Поедем Поедим NTV Azərbaycanda, Bakıda reportaj
Azərbaycanın paytaxtı Bakı haqqında NTV-də reportaj

Daha sonra smokinq geyinmiş rusiyalı jurnalist “Yaxşı yaşamağı heç kim qadağan edə bilməz!” deyərək ağ Ferrariyə minib və Azərbaycan paytaxtını gəzib.

NTV telekanalının çəkiliş qrupunun Azərbaycana səfəri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub. Nazirilyin beynəlxalq fəaliyyətinin prioritet istiqamətlərindən biri Azərbaycan turizminin dünyada təbliğidir.


Поедем Поедим – Выпуск 24 апреля 2016 (НТВ)

NTV (НТВ) 1993-cü ildə fəaliyyətə başlayan Rusiya televiziya kanalıdır. NTV Rusiya ilə yanaşı digər ölkələrdə də yayımlanır. “NTV Mir” telekanalı MDB və Pribaltikada, bundan başqa Qərbi Avropada, Yaxın Şərqdə, ABŞ, Kanada, İsrail, Avstraliya, Yeni Zellandiya və Okeaniya ərazilərində yayımlanır.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir