PKK/PYD Terrorçuları Türkiyə Hərbi Bölmələrinə Basqın Etdi: Ordu 1 Şəhid Verdi

Suriyanın Tel-Rıfat bölgəsindəki PKK/PYD terror qruplaşması Münbiçdə yerləşən Türkiyə hərbi bölmələrinə basqın edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Türkiyə mətbuatına qaynaqlanaraq bildirir ki, hücum zamanı bir hərbçi şəhid olub, səkkizi isə yaralanıb. Türk ordusunun əks hücumu zamanı 15 terrorçu öldürülüb.  

PKK/YPG terror qruplaşmalarının Suriyanın Hasəkə şəhərinin Dərbəsiyə qəsəbəsindən Mardin şəhərinin Qızıltəpə rayonunda yerləşən Taşlıca Məhəlləsinə havadan hücumu zamanı isə iki vətəndaş ölüb, on ikisi yaralanıb.

Qeyd edək ki, Türkiyə hərbçilərinə hücum oktyabrın 11-də olub.

Yada salaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Əməliyyatlar zamanı 560 terrorçu zərərsizləşdirilib. 

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir