Bu yaxınlarda 26 yaşını keçirən tanınmış gənc aktrisa Pərvin Abıyeva öz Instagram səhifəsində ona açıq-saçıq şəkillərini paylaşdığına görə namus dərsi keçənlərin cavabını verib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə, aktrisanın Instagram sosial şəbəkəsindəki səhifəsini 253 mindən çox istifadəçi izləyir. Ancaq Pərvin xanım dünəndən bugünə qədər 200 izləyicisini ədəbsiz yazılarına görə əngəllədiyini deyir:

“Hər kəs ağzına, əlinə sahib olsun! Dünəndən bu günə ən az 200 insanı blok etmişəm. Artıq blok eləmə limitim də dolub. Mən necə geyinrəm, nə edirəm heç kimə dəxli yoxdur! Hamı dindar çıxıb, hamı namuslu çıxıb! Bəs onda bu dinsiz, imansız, namussuzlar kimdir? İnsanın ürəyini bulandırmayın. Kimə xoş deyilsə, mənim səhifəmə girməyə məcbur deyil. Bu sözü birinci və axırıncı dəfə deyirəm, nə edirəmsə yaxşı edirəm! Heç kim mənim başımın ağası deyil! Hər kəs namus dərsini öz evində evindəkilərə keçsə yaxşı olar! Mənim 26 yaşım var, 12 yox.”

Xatırladaq ki, aktrisa Pərvin Abıyeva “Ogurlanmiş arzular”, “İkinci bahar”, “Tufanlı səma” serialları “Qarabağnamə”, “Zabit şərəfi”, “Dəyərli adlar”, “Ay Brilliant”, “Yarımdünya” və “Gecə qonağı” bədii filmlərindəki rolları ilə tanınmağa başlayıb.

Pərvin Abıyeva Instagramda

Pərvin Abıyeva Instagramda
Pərvin Abıyeva Instagramda
Aktrisa Pərvin Abıyeva Aktrisa Pərvin Abıyeva

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın