“İnsanlar dəyişmir, sadəcə yalan danışmağın yeni bir yolunu tapır” – Filmlərdən bunun kimi sitatlara göz atın. Bəlkə də bu sözlər həyata baxışınızı dəyişdi…
Kino sənayesində dialoqların, replikaların dolğun məzmunu ilə seçilən çoxlu sayda filmlər var.

Kino vizual sənət növüdü, hərəkətli fotoqrafiyadı. Məhz elə buna görə də bu sənəti təqdim edənlər nitqlərinin yadigar qalmaq yükünü daha böyük məsuliyyətlə çəkməlidirlər. Buro 24/7 redaksiyası filmlərdən ən yaxşı sitatları seçib.

“Gün keçdi, amma ömür hələ keçməyib. Ömrün daha yaxşı günləri hələ qabaqdadır”. “Gün keçdi”

“Dünyanı dəyişmək üçün gərək birinci özünü dəyişəsən”. “La Vie en rose”

“İnsanlar dəyişmir, sadəcə yalan danışmağın yeni bir yolunu tapır” – Filmlərdən sitatlar

“İnsan əgər etdiyi səhvlərə görə doğrudan peşmançılıq çəkərsə, o öldükdən sonra ən çox xoşbəxt olduğu zamana qayıdacaq və ömrü boyu da orda qalacaq. Bəlkə də cənnət dedikləri elə budur?!” “Green Mile”

“Qadın kişinin xoşuna gəlirsə, məgər onun sənəti, milliyyəti, hansı partiyaya mənsub olmasının önəmi var? Bunların hamısı anket üçündür, həyat üçün deyil”.“Москва слезам не верит”

“İnsanlar dəyişmir, sadəcə yalan danışmağın yeni bir yolunu tapır” – Filmlərdən sitatlar

“Bəzi insanlar sadəcə danışır, çünki tək bacardıqları şey odur”. “The Boondock Saints”

“Həyatda məncə, ən gözəl şey odur ki, insan özü üçün bir nağıl uydura bilsin. Əfsanə ya doğru, dəxli yoxdur. Əsas budur ki, uydurduğu nağıla inansın”. “Gün keçdi”

“İnsanlar dəyişmir, sadəcə yalan danışmağın yeni bir yolunu tapır” – Filmlərdən sitatlar

“Hər şeyini itirsən və qalib gəlsən sən qəhrəmansan. Hər şeyini itirsən və uduzsan sən sadəcə axmaqsan…”. “Gangster Squad”

“Bəzən bu boyda şəhəri sadəcə bir nəfərə görə sevərsən”. “Honey”

“İnsanlar dəyişmir, sadəcə yalan danışmağın yeni bir yolunu tapır”. “True Blood”

“İnsanlar dəyişmir, sadəcə yalan danışmağın yeni bir yolunu tapır” – Filmlərdən sitatlar

“İki bədbəxtlik birləşəndə bir xoşbəxtlik yaradır”. “Les Misérables”

“Reallıq duyğusu nadir dəyərli bacarıqdır. Bu hər insanda olmur. Xoşbəxtlikdən”. “Höstsonaten”

“Bilirsən, nöqtəni qoymaq nə qədər çətin olsa da, tamamlanmış cümlələr yarımçıq qalanlara baxanda daha az acı verir”. “Dedemin insanları”

“İnsanlar dəyişmir, sadəcə yalan danışmağın yeni bir yolunu tapır” – Filmlərdən sitatlar

“Bəxtsizlik də bəxtdir, sadəcə, əksinə”. “Lucky Number Slevin”

“Hərdən əclaflıq eləməlisən ki, həyatda qalasan”. “A Dangerous Method”

“Bəzi insanlar öz daxili səslərini daha aydın eşidir və bu səsin dediyi kimi yaşayırlar. Belə insanlar havalanır. Ya da əfsanə olur…”. “Legends of the Fall”

“İnsanlar dəyişmir, sadəcə yalan danışmağın yeni bir yolunu tapır” – Filmlərdən sitatlar

“Təbiət güclüləri seçir, insan gözəlləri”. “Creation”

“Sənin arzun var, amma onu həyata keçirə bilməmisən. Bilirsən niyə? Çünki sən düzgün arzunu seçməmisən”. “Blow”

“Vaxtınızı boş yerə sərf etməyin – o, həyatın hazırlandığı materialdır. “Gone with the Wind”

“İnsanlar dəyişmir, sadəcə yalan danışmağın yeni bir yolunu tapır” – Filmlərdən sitatlar

“Tövlədə yatırdım, gündə cəmi bir dəfə yemək yeyirdik. Mənə “səni Romaya aparacağam” deyən ilk adamla getdim. Mən ona yox, Romaya ərə getmişdim”. “La ciociara”

“Əgər kişi öz uşaqlarına əsl ata ola bilməyibsə, o, kişi deyil”. “The Godfather”

“İnsanda iki tərəf cəmləşib: yaxşı və pis; keçmiş və gələcək. Sevdiyin adamın hər iki tərəfini qəbul etmək lazımdır”. “The Tourist”

“İnsanlar dəyişmir, sadəcə yalan danışmağın yeni bir yolunu tapır” – Filmlərdən sitatlar

“Nə olursa olsun, özün olmaq üçün heç vaxt gec deyil”. “The Curious Case of Benjamin Button”

“Özümə yalandan danışandan bu yana heç kəsə güvənmirəm”. “Time of the Gypsies”

“İnsanlar iki yerə bölünür: Gözləyəni olanlar və olmayanlar”. “Anadolu Kartalları”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın