Avqustun 27-də insult diaqnozu ilə xəstəxanaya yerləşdirilən Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 2-də 78 yaşında vəfat edib.

O, keçmiş SSRİ-nin hakimiyyətdə olan sonuncu iki rəhbərindən biri idi.

İslam Kərimov 1938-ci il yanvarın 30-da Özbəkistanın Səmərqənd şəhərində anadan olub. O, 1989-1991-ci illərdə keçmiş SSRİ-də Özbəkistan Kommunist Partiyasının I katibi vəzifəsində çalışıb. 1990-cı ildən isə ölkənin prezidenti idi. İ.Kərimov sovetlər dövrü ilə birlikdə Özbəkistana 28 il rəhbərlik edib.

İslam Kərimovun siyasi fəaliyyəti dövründə yürütdüyü xarici siyasət kursunda isə Azərbaycan üçün maraqlı bir məqam daha diqqətçəkicidir – Özbəkistanın İrəvanda, Ermənistanın isə Daşkənddə səfirliyi fəaliyyət göstərmir.Onun ölkəni necə idarə etməsi Özbəkistan vətəndaşlarının daxili işidir.

Bu yerdə bir atalar sözü yada düşür: “Düşmənimin düşməni, mənim dostumdur.” Deməli, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanla yaxın diplomatik münasibət qurmayan qardaş Özbəkistan Azərbaycanın həm də dostudur.

Əslində, ermənilər təkcə Azərbaycanda deyil, türklərə qarşı soyqırımı Türküstanda, o cümlədən Özbəkistanda da törədib.

Arxiv sənədlərinə əsasən, 1918-1920-ci illərdə Mərkəzi Asiyadakı türklərin (özbək, qazax, türkmən, qırğız) milli dövlətlərini qurmaq uğrunda apardıqları azadlıq mübarizələrinin qarşısını almaq məqsədilə Qafqazdan xüsusi olaraq göndərilən ermənilərdən ibarət bolşevik-daşnak cəza dəstələrinin Özbəkistanda törətdikləri soyqırım aktları nəticəsində, təkcə Fərqanə vadisində on minlərlə dinc özbək xüsusi amansızlıqla qətlə yetirilib, işgəncələrə məruz qalıb, kənd və şəhərlər, dini tikililər, tarixi binalar dağıdılıb.Bu haqda Özbəkistanın yazıçı-publisisti Şöhrət Salamovun (Şöhrət Barlas) “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” adlı kitabında ətraflı yazılıb.

Tarixi sənədlərə əsasən, ermənilər bir gün ərzində Özbəkistanın Kokand vilayətində 10 mindən çox insanı qətlə yetirib. Əndicanda isə 4,5 min dinc sakin erməni da şnaklarının vəhşiliyinin qurbanı olub. 1918-ci ildə 3 ayda ermənilər Türküstanda 35 min dinc əhalini soyqırıma məruz qoyub.

1989-cu ildə baş vermiş Fərqanə hadisələrinin istintaq araşdırmaları zamanı Ahıska türklərinə qarşı kütləvi terror və etnik təmizləmə siyasətinin həyata keçirilməsində, Özbəki Tarixdə ermənilərin törətdiyi vəhşiliyi unudan, yaxud unutdurmaq istəyən türk və müsəlman dövlət başçıları da var.

Ancaq İslam Kərimov bu  faktları gözardına vurmayanlardan oldu. standa milli zəmində ədavətin salınmasında Ermənistanın və Özbəkistanda fəaliyyət göstərən erməni təşkilatlarının da izi müəyyən edilib.

O, həm də özbəklərin tarixi və dədə-baba yurdları olan Səmərqənd və Buxaraya göz dikənlərə yerlərini göstərməklə türklərin dost və düşmənini ölkəsinin vətəndaşlarına bir daha göstərdi.Tarixi faktlara əsaslanan bəhs etdiyimiz kitab onun rəhbərlik etdiyi Özbəkistanda işıq üzü gördü.

O, türk etnosuna qarşı xəyanət edən ermənilərin, əslində kim olduğunu yaxşı bilən türk və müsəlman dünyasının ağsaqqal siyasətçilərindən idi. Özbəkistanda hakimiyyətə gələcək yeni prezidentin bu istiqamətdə ədalətli mövqe nümayiş etdirəcəyinə ümid etmək olar. Çünki İslam Kərimovun timsalında özbək türkləri milli ənənəyə sayğı göstərərək, dosta dost, düşmənə düşmən deməyi bacarırlar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın