Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin yenidən iki həftə uzadılması nəzərdə tutulub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Prezidentin yardımçısı, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Azərbaycan Televiziyasının efirində çıxışı zamanı bildirib.

“Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargahda bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması haqqında və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edilib. Karantin rejiminin əlavə 2 həftə – 15 gün uzadılması nəzərdə tutulub. Buna məcburuq”, – deyə Ş.Mövsümov bildirib.

Prezidentin köməkçisi: “Sərt karantin rejiminin daha iki həftəlik uzadılmasını nəzərdə tutmuşuq”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın