Ölkə Getmə, Leo deyərək ayağa qalxdı – Messiyə heykəl qoyuldu

Argentina millisinin ulduz futbolçusu Lionel Messinin Amerika Kubokunun finalında Çiliyə uduzduqdan sonra yığmadan getməsi ölkədə böyük səs-küy yaradıb. Artıq paytaxt Buenos-Ayres küçələrində elektron reklam monitorlarına “no to vay as Leo” (getmə, Leo) deyə yazılar yerləşdirilib.

Bu aksiya şəhər merinin tapşırığı ilə həyata keçirilir. Ötən gün Argentinanın paytaxtı Buenos-Ayresdə Argentina millisi ilə sağollaşan Lionel Messi üçün heykəl ucaldılıb.

Heykəlin açılışı zamanı şəhər meri Orasio Rodriges Larreta qərarını dəyişməsi üçün Messiyə səslənib.

“Bir futbol azarkeşi kimi səndən xahiş edirəm, Leo, qərarını dəyiş. Sənə olan sevgimiz və dəstəyimizin əlaməti olaraq Paseo de la Qloriyada sənə heykəl ucaldırıq”, – deyə mer bildirib.

Argentina yığmasının və Barselona futbol klubunun ulduzu Lionel Messi millidə karyerasını başa vurub. Messi Amerika Kubokunun finalında Çiliyə uduzduqdan sonra bu düşüncəyə gəlib.

Argentina və Çili millilərinin üz-üzə gəldikləri final oyununun əsas və artırılmış edilmiş vaxtlarında hesab açılmayıb. Kubokun sahibini müəyyən etmək üçün təyin edilən penalti seriyasında gülən tərəf çilililər olub. Penaltiləri daha dəqiq yerinə yetirən Çili yığması 4-2 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə Amerika kubokunun qalibi olub. Argentina yığmasının lideri penalti zərbəsindən yararlana bilməyib.

“Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu, mənim qərarımdır”, – deyə 29 yaşlı hücumçu bildirib.

Finalda uduzmaqdan sarsılan futbolçu milli karyerasına son verdiyini deyərək bundan sonra yalnız lideri olduğu Barselonanın uğurları üçün çalışacağını bildirib.


Leonel Messi göz yaşlarını saxlaya bilmədi

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir