Olimpiya Stadionunun Qarşısında Tikilən Tuneldən Necə İstifadə Etmək Olar

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə yeni tikilmiş keçid – tuneldən necə istifadə etməklə bağlı video yayımlayıb.

Qurumdan YALAN.info Online Xəbərlər və İnformasiya Saytına verilən bilgilərə görə, tunelin tikintisində məqsəd günün pik saatlarında “Koroğlu” metrostansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır.

Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn avtonəqliyyat vasitələri “Böyük Şor” yol qovşağına girmədən və “Koroğlu” metrostansiyasının qarşısından keçmədən Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və oradan da Bakı Olimpiya Stadionu arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə Hava Limanı, həmçinin Zabrat-Maştağa istiqamətinə hərəkət edə bilirlər.

Dörd ay ərzində tikilən müxtəlif səviyyəli yol qovşağına 496 m uzunluğunda bir avtomobil tuneli, 193 m uzunluğunda yanaşma yolları, 702 m uzunluğunda yeni yol hissəsi, 27 m uzunluğunda yeni körpü daxildir.

Həmin videonu təqdim edirik:

Olimpiya Stadionunun qarşısında inşa edilən tuneldən necə istifadə etmək olar – VİDEO TƏLİMAT

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir