Nuşirəvan Məhərrəmli: Yalan informasiya yayan kanalların işinə baxılacaq

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, Azərbaycana qarşı açıq-aşkar yalan informasiya yayan xarici telekanalların kabel şəbəkəsi operatorlarının siyahısından çıxarılması məsələsinə baxıla bilər. Şura sədri bu cür məsələlərdə təmkinli və soyuqqanlı olmağın önəmliyini vurğulayıb: “İndi Milli Televiziya və Radio Şurası kabel şəbəkəsi operatorlarının siyahısında olan və Ermənistan-Azərbaycan təmas xəttində baş verənlərlə bağlı informasiya yayımlayan xarici telekanalları diqqətlə izləyir”.

N. Məhərrəmli qeyd edib ki, hər zaman, başlıca olaraq da bu cür həssas məqamlarda MTRŞ tərəfindən kabel şəbəkəsi yayımı ilə məşğul olan operatorlara diqqətli olmaq məsləhət görülüb: “Bu cür məsələlər daim Şuranın diqqət mərkəzindədir”.

Xatırladaq ki, Rusiya televiziyaları son günlər Dağlıq Qarabağ cəbhəsində baş verənləri qeyri-obyektiv, əsasən erməni tərəfinin mövqeyindən işıqlandırır.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir