Azərbaycanda bu il Novruz çərşənbələrinin keçiriləcəyi günlər açıqlanıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov özəl olaraq Trend-ə məlumat verib ki, bu il ilk – Su Çərşənbəsi fevralın 26-na düşəcək.

X.Mikayılovun sözlərinə görə, martın 5-də Od, martın 12-də Yel Çərşənbəsi olacaq. İlaxır – Torpaq Çərşənbəsi isə martın 19-da keçiriləcək.

Bu il yaz fəsli ölkəyə martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək.

X.Mikayılov onu da vurğulayıb ki, martın 20-si ölkəmizdə bayram axşamı, 21-i isə bayram günü kimi keçiriləcək.

Yada salaq ki, bu il Novruz bayramı ilə bağlı olaraq 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü sayılan 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın