Nikol Paşinyan: Koçaryan və Sarkisyan pulları könüllü qaytarmalıdır

“Robert Koçaryan və Serj Sarkisyanın hakimiyyətdə olduqları zaman topladıqları pulları könüllü olaraq Ermənistan dövlətinə qaytarmalarını təklif edirəm”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Ermənistan KİV-inə istinadən bildirir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan “Mənim addımım” mitinqində bildirib.

Hökumət başçısı deyib ki, R.Koçaryan və S.Sarkisyanın böyük var-dövlətləri var: “Onların həmin pulları dövlətə qaytarmalarını təklif edirəm. O zaman biz meydana toplaşıb, həmin var-dövlətin taleyini həll edərik”.

Onun sözlərinə görə, Serj Sarkisyanın qardaşı Aleksandr (Saşik) Sarkisyanın banklarda 30 milyon dollar pulu var: “Ona bu pulları dövlətə qaytarmağa təklif edirəm”.

N.Paşinyan Ermənistan Polisinin və Milli Təhlükəsizlik Xidmətinin rəislərinə məmur və oliqarxlarla bağlı reyd keçirməyi tapşırıb: “Polisə və Milli Təhlükəsizlik Xidmətinə yüksək rütbəli məmurlar və oliqarxlarla bağlı reyd keçirməyi, onların cangüdənlərini asfalta uzadıb, tərksilah etməyi tapşırıram. İki saatdan sonra nəticəni məruzə edin. Bütün bu özəl xidməti və qanunsuz silahlı qrupları aşkarlayıb, yox edin. Əks halda yenidən kamuflyaj geyinib, küçələrdə səliqə-sahman yaradacam. Bütün həbslərin məsuliyyətini üzərimə götürürəm. Serj Sarkisyan və Robert Koçaryan, siz xalqa qarşı çıxış etdiniz. Baxın, xalqın cavabı necə olacaq”.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan bildirib ki, R.Koçaryan və S.Sarkisyanının, eləcə də onların ailə üzvlərinin böyük var-dövləti var: “Bunların siyahısını yaxın zamanda açıqlayacağıq. O, (Robert Koçaryanı nəzərdə tutur) televiziyada çıxışı zamanı heç nəyi olmadığını deyir. Ancaq bizdə onun var dövlət və aldığı rüşvətlə bağlı faktlar var. Məsələn, “Konqres” mehmanxanasında 6 milyon dollar məbləğində rüşvəti necə alıb. Bütün bunlarla bağlı əlimizdə əsaslı dəlil-sübutlar var. Robert Koçaryan ailəsinin “Konqres” mehmanxanasına yiyələnmələrini doğrulayan sənədlər var. Onun və ailəsinin necə varlanmasını, pullanmasını doğrulayan qaynaqlar var”.

O, R.Koçaryan və S.Sarkisyanın 100 milyon dollar məbləğində çirkli pulları necə yumasından da danışıb: “Bu məbləğin 50 faizi Saşikə, 50 faizi isə Robertə çatıb. Həmin məbləğlərin hansı banklarda olduğunu bilirik”.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir