NASA Ay və Marsa Uçuşlar üçün Yeni Skafandrlar Yaratdı

NASA oktyabrın 15-də Ay və Marsa uçuşlar üçün istifadə ediləcək iki skafandrın tanıtımını edib. 

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, yeni skafandrların sərgilənməsi agentliyin Vaşinqtonda yerləşən mənzil-düşərgəsində baş tutub.

Qurumun başçısı Cim Brandenstayn bildirib ki, ayın üzərində gəzmək üçün düşünülmüş indiki skafandr ““Apollon” proqramı ilə qarşılaşdırdıqda irəliyə doğru böyük addımdır”. 

“Apollon nəsilini yada salsaq, Nil Armstronq və Edvin Oldrin Ayın üzərində tullanırdılar, indi isə biz Ayın üzərində doğurdan da yeriyə bilərik”, – Braydenstayn deyib.

NASA
NASA Yeni Skafandrlar Yaratdı

Yeni skafandr öncəki astronavtların şikayət etdikləri ilgək və kabellərlə təchiz olunmayıb. O, həmçinin radiasiya və ay tozundan daha yaxşı qoruyur.

Skafandr Ayın üzərində səkkiz saat gəzməyə imkan verir. Eyni zamanda,  skafandrın biri astronavtı gəminin içərisində qorumaq, ikincisi isə Ayın üzərinə çıxmaq üçün düşünülüb.

Tanıtımı edilən skafandrlar Ay proqramı üçün nəzərdə tutulub. Gələcəkdə Marsa uçuş zamanı isə çox kiçik modifikasiyalarla analoji kostyumlardan yararlanmaq olacaq.

Check Out NASA’s New Artemis-Generation Spacesuits

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir