Nalbandyan: Lavrov İrəvana Qarabağ planı ilə gəlməmişdi

Rusiya xarici işlər nazirliyinin başçısı Sergey Lavrov İrəvan səfərində Ermənistan tərəfinə Dağlıq Qarabağ problemiylə bağlı heç bir plan təqdim etməyib.

Erməni KİV-ləri xəbər verir ki, bunu bazar günü jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib:

“Siz artıq beşinci dəfədir ki, hansısa paket haqqında soruşursunuz. Lavrov Ermənistana hər hansı bir paket gətirmədi, nə də qarşılıqlı güzəşt məsələsi müzakirə olunmayıb. Bunu Lavrov özü də bəyan etdi. Heç nə uydurmaq lazım deyil. Vasitəçilərin ATƏT-in Minsk qrupuna üzv ölkə prezidentlərinin beş bəyanatında öz əksini tapan təklifləri var”

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara ciddi zərbə vurulub. Bu zərbənin fəsadlarının aradan qaldırılması üçün həmsədrlər və beynəlxalq ictimaiyyət ciddi səy göstərməlidir.

Sergey Lavrov İrəvana yeni “Qarabağ planı” ilə getmişdi

Xəbər verdiyimiz kimi, səfər öncəsi Rusiya Federasiyası prezidenti Vladimir Putinin Sergey Lavrovu İrəvana yeni planla göndərməsi haqqında xəbərlər verilirdi. Hətta erməni mətbuatında bunu “Lavrov planı”, “Hiyləgər Lavrov planı” kimi də adlandırırdılar.

Sergey Lavrov heç vaxt harasa əliboş yollanmır

Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə aşağıdakı şəkildə məlumat vermişdi:

“Sergey Lavrov heç vaxt harasa əliboş yollanmır. Bunun plan, proqram, layihə, sənəd olması barədə danışmaq məncə, düzgün olmazdı. Söhbət müxtəlif ideyalar barədə səylərdən və nizamlanmanın məcrasından gedir”.

“İzvestiya”: Lavrovla Sarkisyan arasında görüş çox gərgin keçib

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN rəhbərinin Ermənistana səfərini şərh edən Rusiyanın dövlət qəzeti “İzvestiya” yazır.

Qəzetin diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Lavrovla Sarkisyan arasında görüş çox gərgin keçib.

“Bu, təəccüblü deyil, Dağlıq Qarabağ mövzusu bütün Ermənistan əhalisi üçün ağrılı mövzudur”, – nəşr şərh edib.

Rusiyanın Yerevandakı səfirliyindən “İsvestiya”ya verilən məlumata görə, Ermənistanda işləmək çox çətin olub:

“Bu, Moskvanın artıq mövqeyini təbliğ etmək üçün erməni QHT-lərini maliyyələşdirməməsi ilə izah edilir. Bununla yanaşı, ABŞ fəal şəkildə Ermənistanda müxalifət KİV-ni maliyyələşdirmək hesabına öz maraqlarını təbliğ edir.

– İşləmək çox çətin olub. ABŞ-ın erməni müxalifətini maliyyələşdirməklə adi vətəndaşları Rusiyaya qarşı necə çevirdiyi hamıya məlumdur. Əgər əvvəllər Rusiya yalnız etimad əsasında işləyirdisə, indi bu, mümkün deyil.

Onlar 4 günlük müharibədə əzizlərini, yaxınlarını itiriblər. Rusiyanın həm Azərbaycana, həm də Ermənistanna silah satdığını bilən sadə ermənilər Rusiyaya ehtiyatla yanaşmağa başlayıblar”, – Rusiya səfirliyindən bildiriblər.

Bununla yanaşı, “İzvestiya” (Известия) tərəfindən aparılan sorğuda Ermənistan sakinləri KİV-də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Rusiya planı barədə şayiələrdən narahat olduqlarını bildiriblər. Şayiələrə görə, bu plana muxtar respublikanın ərazisinə sülhməramlıların daxil edilməsi, eləcə də yeddi neytral ərazinin Azərbaycana qaytarılması daxildir.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir