Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin aprelin 3-də rəsmi qarşılanması baş tutub.

AZƏRTAC bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdikdən sonra o, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi qarşıladı. Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev fəxri qarovul dəstəsinin qarşısından keçdilər və Qazaxıstan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Nursultan Nazarbayevə, Qazaxıstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə tanıdıldı.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Azərbaycan və Qazaxıstan prezidentləri rəsmi foto çəkdirdilər.


Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyevin və Prezident Nursultan Nazarbayev təkbətək görüşü oldu

Aprelin 3-də rəsmi qarşılanmadan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin məhdud tərkibdə görüşü olub.

Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb

Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.

AZƏRTAC-ın bildirdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Prezidentlərin Birgə Bəyannaməsinə qol çəkdilər.

“Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstan Dəmir Yolları Milli Şirkəti arasında logistika və dəmir yolu nəqliyyat maşınqayırması sahəsində strateji əməkdaşlıq haqqında Saziş”i “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Qazaxıstan Dəmir Yolları Milli Şirkətinin prezidenti Kanat Alpısbayev imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ikiqat vergitutma sahəsində Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”u Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov və Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek imzaladılar.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2017-2018-ci illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın xarici işlər naziri Kairat Abdraxmanov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Qazaxıstanın Baş nazirinin birinci müavini Askar Mamin imzaladılar.


Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb

Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər


Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Aprelin 3-də Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanmasından sonra Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev mətbuata bəyanatlarla çıxış ediblər.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordeni verilib

Aprelin 3-də Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordeninin verilməsində Azərbaycan Prezidenti İ.Əliyev və N.Nazarbayev çıxış etdi.


Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordeni təqdim edilib

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın