Müsəlman memar qadın Zaha Hadidin qoyub getdiyi 10 şedevr

Heydər Əliyev Mərkəzinin layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadid 65 yaşında dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, Z.Hadid Mayami xəstəxanasında ürək tutmasından sonra vəfat edib. Məşhur memar uzun müddət idi ki, bronxitdən müalicə olunurdu.

Zaha Hadid İraq ərəbi əsilli britaniyalı, dekonstruktivist memardır. O, 2004-cü ildə Hadid Pritzker Memarlıq mükafatına layiq görülən ilk qadın-memar olub.

Zaha Hadid 1950-ci ildə Bağdadda doğulub. Londonda Arxitektura Assosiasiya Məktəbində oxuyub. 1980-ci illərdə, Arxitektura Assosiasiya Məktəbində dərs deyib.

Həmçinin dünyada nüfuzlu təşkilatlarda dərs deyib. Bundan əlavə, o Amerikan İncəsənət İnstitutunun fəxri üzvü olub. Avstriyada Vyanada Tətbiqi İncəsənətlər Universitetində professor kimi çalışıb. Çoxlu beynəlxalq yarışın qalibidir.

2004-cü ildə isə Hadid Pritzker Memarlıq mükafatını alan birinci qadın memar olub. Britaniya Ensiklopediyasının redaksiya heyətinin üzvüdür. O 2006-cı ildə Beyrutun Amerikan Universitetindən fəxri elmi dərəcəsini alıb.

Müsəlman memar qadın Zaha Hadidin yaratdığı 10 şedevr əsər

Müsəlman memar qadın Zaha Hadidin qoyub getdiyi 10 şedevr

Londonun Su İdmanı Mərkəzi

Mərkəz 2011-ci ildə açılıb. İdman mərkəzi xüsusi olaraq Olimpiya oyunları üçün tikilib.

Müsəlman memar qadın Zaha Hadidin qoyub getdiyi 10 şedevr

Heydər Əliyev Mərkəzi

Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənib.

Müsəlman memar qadın Zaha Hadidin qoyub getdiyi 10 şedevr

Adu-Dabidəki İncəsənət mərkəzi

Mərkəzin açılışı bu il Abu-Dabinin Səadət adasında olacaq.

Müsəlman memar qadın Zaha Hadidin qoyub getdiyi 10 şedevr

Romada Müasir İncəsənət muzeyi MAXXI

Muzey 2010-cu ildə açılıb. Burada XX və XXI əsrlərin əsərləri, rəsmləri nümayiş etdirilir.

Müsəlman memar qadın Zaha Hadidin qoyub getdiyi 10 şedevr

Vladislav Doroninin Rusiyadakı iqamətgahı

İqamətgah 2012-ci ildə tikilib.

Müsəlman memar qadın Zaha Hadidin qoyub getdiyi 10 şedevr

Avstriyanın İnsburk şəhərində xizək tramplini

Zaha Hadidin mədəniyyət və muzey mərkəzlərindən əlavə İnsburk dağlarında şedevrlərinə də rast gəlmək olar.

Müsəlman memar qadın Zaha Hadidin qoyub getdiyi 10 şedevr

Vilnüs Ermitajı – Qugenhaym muzeyi

Muzey digər layihələrdən fərqlənir. Bina sanki uçur.

Müsəlman memar qadın Zaha Hadidin qoyub getdiyi 10 şedevr

Madriddə mülki məhkəmə binası

Bina hələ tikilməyib. Məhkəmənin damında çox sayda günəş batareyaları quraşdırılacaq.

Müsəlman memar qadın Zaha Hadidin qoyub getdiyi 10 şedevr

Böyük Britaniyadakı Meqqi Kesvik adına xərçəng xəstəliklərinin müalicə mərkəzi

 

Müsəlman memar qadın Zaha Hadidin qoyub getdiyi 10 şedevr

Moskvada “Dominion Tower” adlı biznes mərkəzi

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir