Murad Dadaşov: Maşın Şoudakı Efirə Getməyən Kadrları Ortaya Çıxararıq

Ölkənin gündəminə çevrilmiş Maşın Realiti Şousu və bu gündəmdən faydalanmaq istəyənlənlərlə bağlı BiG.AZ verilişin prodyuseri və aparıcısı əməkdar artist Murad Dadaşovla tez-bazar müsahibə alıb. YALAN.info Online Xəbərlər və İnformasiya Saytı həmin müsahibəni sizlərə təqdim edir.

– Ölkənin ən reytinqli şousu olan “Maşın”-ın bu sürətində şounu tərk edən Pərvin iddia edir ki, o çıxandan sonra verilişin reytinqi düşüb. İndi verilişin reytinqi hansı səviyyədədir?

– Budəfəki sürətdə mən özüm efirdən belə bir ifadə işlətdim ki, hələ “Maşın” ətrafında belə ajiotaj olmamışdı. Ancaq daha sonra araşdırdıq ki, bundan da səs-küylü, bundan da reytinqli buraxılışlarımız olub. Öz növbəsində iştirakçılar da bu şou vasitəsi ilə daha da populyar olublar.

Pərvini isə bir gözəl xanım kimi çox istəyirəm. O da “Maşın”-dan öz payını aldı. Populyarlıq payını… Artıq o, sıradan bir gözəl qız deyil, həm də məşhur oldu.

– Keçmiş iştirakçılardan Mehriban Xanlarova da “Maşın”-dan narazılıq edib.
O: “Şouya baxmıram, çünki mənə maraqlı deyil. Şouda nalayiq söyüşlər söyülür” – deyib.

– Mehribanın bununla bağlı danışmağa nə qədər haqqı var? Mehriban Xanlarovanı bir aktrisa kimi çox bəyənirəm. Ancaq hər bir iştirakçının bizdə arxivləri var. Elə etməsinlər ki, onların efirə getməyən kadrlarını ortalığa çıxarmalı olaq.

– Öz növbəsində aparıcı İradə İsaq da şouda gedənlərə etiraz olaraq, “Maşın şou”-ya baxmırıq. Hətta heç vaxt baxmamışıq. Yəqin ki heç vaxt da baxmarıq – deyib.

– O baxmıram deyənlər var aaa, bax, onlar dəqiq baxırlar. Çünki baxmayanlar bu haqda danışmır. Belə də ki, televizorunun pultu var? Var. Başqa kanallar var? Var. Qoy, kanalı dəyişib başqa kanala baxsınlar.

Ümumiyyətlə isə, nə Mehribanın, nə İradənin, nə də qeyrisinin mənim tərbiyəmə şübhələri ola bilməz. Çünki mənim layihəm haqqında belə sözlər deyənlər, birbaşa mənə demiş olurlar. Ona görə ki, bütün bunları mən şəxsən özüm tənzimləyirəm. Heç vaxt da əxlaqsızılığın, söyüşün efirimdə səslənməyinə imkan verə bilmərəm! Mənim tərbiyəmdə şübhəsi olanlar öz fəaliyyətlərini qarşılarına qoyub təhlil etsinlər. Bütün bu şərhlər mənə təhqirdir və hər biri haqda da xəbərlər gəlib mənə çatır. Sadəcə, hələlik vaxt azlığından hamısına cavab verə bilmirəm.

– Dünən canlı yayımda tezliklə növbəti sürətin də efirə gedəcəyini anons etdiniz.

– Bəli, bu ilin sonunda növbəti “Maşın”-ı gözləyin. Artıq dəqiq tarixlər bəlli olsa da, hələlik, öz aramızda qalsın.


Maşın Şou 14 – Qarşıdurma (09.06.2017)

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir