Tanınmış türkiyəli müğənni Mabel Matiz “Ya bu işler ne” adlı klipində göydən səpələnən bir dollarlarla FETÖ istintaq araşdırmasına səbəb olub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, İstanbul Prokurorluğunda olayla bağlı araşdırma başlayıb.

Mabel Matiz ədliyyəyə gedərək ifadə verib.

Bildirilir ki, “Darbe” zamanı tutulanların üstündən və evlərindən çox sayda bir dollarlıq banknot çıxmışdı. Bir nəfər prokurorluğa şikayət edərək Mabelin klipindəki dolları FETÖ Terror Təşkilatına dəstək olaraq səpələndiyini bildirib.

İfadə verən Matiz bildirib ki, klipin çəkilişi ona aid deyil. Bu məsələlərdə prodüseri məsuliyyət daşıyır. Sənətçi bildirib ki, klipində yer alan səhnənin FETÖ-ylə heç bir bağlantısı yoxdur.

Onu vurğulayaq ki, istintaq davam edir.

Məlumat üçün bildirək ki, Mabel Matiz türkiyəli müğənni, bəstəkar və keşmiş diş həkimidir.

Mabel Matiz – Ya Bu İşler Ne

Mabel Matiz – Ya Bu İşler Ne

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın