Müdafiə Naziri: Azərbaycan Ordusu Genişmiqyaslı Döyüş Əməliyyatlarına Tam Hazırdır

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin qoşulması ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və başqa məsul zabitlər də cəlb olunub.

Ali Baş Komandanın ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş mərasimdəki nitqində Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Ordusunun hərbi potensialı haqqında söylədikləri fikirlərə əsaslanaraq Müdafiə naziri vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

General-polkovnik Z.Həsənov Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra bu ölkənin müxtəlif səviyyəli rəsmi şəxsləri, o cümlədən yeni baş nazirin münaqişə ilə bağlı məsuliyyətsiz çıxışlarına da münasibət bildirib.

Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edən Müdafiə naziri bildirib ki, düşmənin bu cür hərəkətləri qəbuledilməzdir və Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır.

Nazir cəbhədə olan durumu geniş araşdıraraq düşmənin ön xətdə və müdafiəsinin dərinliyindəki fəaliyyətlərini daim nəzarətdə saxlamaq, ehtimal olunan addımlarına hər an hazır olmaq, eləcə də onun mümkün təxribatlarının qarşısını dərhal almaq məqsədilə qətiyyətli tədbirlər görülməsi ilə bağlı əmr verib.

General-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi ilə bağlı təntənəli tədbirlərin təşkili və yüksək səviyyədə keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamından irəli gələn tələbləri rəhbər heyətə çatdıraraq cavabdeh şəxslərə uyğun göstərişlər verib.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir