MSK Başçısı Məzahir Pənahov: Bu Seçkiyə Maraq Böyükdür

“Azərbaycan ictimaiyyəti yetərincə savadlı, intellektualdır. Bu il Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Ölkədə bu seçkiyə maraq böyükdür”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın növbədənkənar Prezident seçkiləri ilə bağlı keçirilən iclasında deyib.

O bildirib ki, seçkilərdə Seçki Məcəlləsinin və Konstitusiyanın tələblərinə zidd hər hansı hadisə baş verə bilməz: “Hər hansı problem olarsa, MSK dərhal araşdırma aparacaq. Biz məsələləri daha çox namizədin xeyrinə həll etməyə çalışırıq. Seçkilərə diqqətli yanaşmalıyıq. İnanıram ki, Kütləvi İnformasiya Vasitələri (KİV) də bu seçkini gərəyincə işıqlandıracaqlar. Media vasitələri millətin avanqard qrupudur. Ölkədə baş verən proseslər onların vasitəsilə işıqlandırılır. Əgər hər hansı media orqanı dövlətə xidmət edirsə, burada problem ola bilməz. Müdaxilə etməyə cəhd edənlər ola bilər. Biz bir yerdə olmalıyıq”.

M.Pənahov vurğulayıb ki, bütün proseslərin fövqündə jurnalistlər dayanır: “Bütün ölkələrdə belədir. Mərkəzi Seçki Komissiyası həmişə kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq edib. Azərbaycanda keçirilən bütün seçkilər xalqın iradəsi üzrə keçilir. Bu məsələyə kimsə müdaxilə edə bilməz. İdeal heç bir proses olmur. Həmişə demişik ki, proseslərdə hansısa pozuntular ola bilər. Çünki bu prosesin milyonlarla iştirakçısı olur, seçimlər də müxtəlifdir. Qanunvericilikdə nə tələb edirsə, ona uyğun iş qurulacaq. Azərbaycanda 5 min seçki məntəqəsi var. 2000-ci ildə hansısa məntəqədə problem olurdusa və iddia edilirdisə ki, bu pozuntu olmasaydı, filan namizəd seçiləcəkdi, artıq elə hallar baş vermir, məsələ dərhal araşdırılır, qiymət verilir. Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsində böyük təcrübə qazanıb”.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir