Azərbaycanda prezident seçkiləri ilə bağlı keçirilən səsvermənin növbəti ilkin nəticələri açıqlanıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib ki, ölkə üzrə 5 641 seçki məntəqəsindən hamısı MSK-ya hesabat verib, 3 milyon 962 min 96 səsvermə bülleteni sayılıb.

O bildirib ki, indiki nəticəyə əsasən, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən İlham Heydər oğlu Əliyev 86.03% səs toplayıb.

Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3.11%,

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3.02%,

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03%,

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52%,

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1.38%,

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17%

“Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74%.

Xatırladaq ki, seçkilərdə ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 353 nəfəri (toplam seçicilərin 74,51 faizi) səsverməyə qoşulub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın