Bu gün Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 28 il ötür.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Şuşa şəhərinin işğalının ildönümü yalnız Azərbaycan mətbuatında deyil, eyni zamanda bir çox dünya KİV-lərində işıqlandırılıb.

Elə Moldovanın ən tanınmış dərgilərindən sayılan “Tribuna” dərgisi də “Şuşanın işğalından 28 il ötür” başlığı ilə oxucularına və bütün dünya ictimaiyyətinə bu həqiqəti çatdırmağı özünə borc bilib:

“28 il öncə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Şuşa şəhəri işğal edilib.

Şuşa – Şərqdə ilk operanın müəllifi Üzeyir bəy Hacıbəyli, şairə Xurşudbanu Natəvan, azərbaycanlı müğənni Bülbül və bir çox başqaları da daxil olmaqla tanınmışr mədəniyyət xadimlərinin yaşadığı və yaratdığı Azərbaycan mədəniyyətinin beşiyidir. Azərbaycan təbiətinin bənzərsiz mənzərəli guşələrindən birində yerləşən Şuşa milli memarlıq və orta yüzilliklər şəhərsalma sənətinin dəyərli abidəsidir. 1977-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsinin tarixi-memarlıq qoruğu elan edilməsi haqqında” qərar qəbul edildi.

Zəngin tarixi keçmişə sahib, Qarabağın önəmli iqtisadi, siyasi və mədəni mərkəzi – Azərbaycanın Şuşa şəhəri xalqın ürəyində və ağlında özəl yer tutur.

Azərbaycanın ən zəngin mədəniyyət-tarix mərkəzlərindən biri olan Şuşanın tutulması ilə Dağlıq Qarabağın işğalı başa çatıb”, – “Tribuna” dərgisinin “Şuşanın işğalından 28 il ötür” başlıqlı məqaləsində vurğulanır.

Moldovanın nüfuzlu dərgisi həmçinin Şuşanın işğalı ilə bağlı statistik məlumatları təqdim edib, ermənilər tərəfindən bir çox mədəniyyət nümunələrinin, tarixi abidələrin məhv edildiyini vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın