Möhtəşəm Yüzil serialının davamı olan Möhtəşəm Yüzil Köşəm (Muhteşem Yüzyıl Kösem) serialında sürpriz dəyişikliklərin olacağı gözlənilir. Teleserialın baş rolunu oynayan Beren Saatı tanınmış aktrisa Nurgül Yeşilçayın əvəz edəcəyi iddia olunur.

Nurgül Yeşilçayın artıq serialın yeni mövsümündə rol almaq üçün anlaşmaya qol çəkdiyi bildirilir. O, Möhtəşəm Yüzil Köşəmdə Beren Saatın oynadığı Kösəm rolunu canlandıracaq.

Beren Saat işinə başqa bir kanalda yayımlanacaq serialın yeni mövsümündə rol alaraq davam edəcək. Möhtəşəm Yüzil Köşəmdə isə zaman keçidi baş verəcək və Yeşilçay seriala Kösem Sultan olaraq qatılacaq.


Möhtəşəm Yüzil Köşəm serialının 30-cu seriyasından bir parça

Bu qərarın verilməsinə səbəb isə Beren Saatın Kösəmin qocalıq halını canlandırmaq istəməməsi olub. Məşhur aktrisa serialdakı performansı ilə tez-tez tənqidlərə məruz qalırdı.

B. Saatın serialdan ayrılması ilə Möhtəşəm Yüzil Köşəmin əsas aktyor və aktrisa kollektivi də ciddi dəyişikliyə məruz qalacaq. Hülya Avşar, Mete Horozoğlu, Ekin Koç, Esra Dermancıoğlu, Aslıhan Gürbüz, Tülin Özen kimi bir çox məşhur sima serialın ilk mövsümündə ssenariyə uyğun olaraq serialdan ayrılıb.


Nurgül Yeşilçay Kamera Arkası by GQturkiye

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın