Dağlıq Qarabağın işğalı erməni xalqına gərək deyil, çünki  Azərbaycanın torpağıdır.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məlahət İbrahimqızı deyib.

“Erməni əsgərlərinin anaları da bilirlər ki, balaları işğalın qurbanına çevrilirlər. O insanlar şəhid sayılır ki, öz vətəni uğrunda canını versin.

Ancaq başqa dövlətin torpaqlarını işğal edənlər isə cinayətin iştirakçısı və şahididir.

Qarabağda ölən erməni əsgərləri də məhz cinayətin iştirakçılarıdır”, – deyən millət vəkili vurğulayıb ki, erməni anaları imkan verməməlidir ki, balaları işğalçı rejimin qurbanı olsunlar.

Millət vəkilinin sözlərinə görə, hər dəfə Ermənistanda gərginlik başlayanda keçmiş prezident və baş nazir kürsüsündə əyləşməmiş istefaya göndərilən cinayətkar Serj Sarkisyan və onun xuntası Qarabağ kartından istifadə etməyə çalışır, xalqı qorxutmağa çalışırdı ki, guya belə durumda Azərbaycan döyüşə başlayacaq.

“Ancaq bu dəfə insanlar ona inanmadı və vəzifədən qovdular.

Doğurdan da, bu gün Ermənistan dərin böhran içərisindədir. Gənclər bu ölkəni tərk edir.

Təkcə Türkiyədə 100 mindən çox erməni miqrant var. İşğalçı ölkədə demoqrafik durum da acınacaqlıdır.

Azərbaycan prezidenti İlham Əliyev hər zaman beynəlxalq tribunalardan cinayətkar Sarkisyan rejimini ifşa edib. Onun çıxışlarını sadə erməni xalqı dinləyib və dəstəkləyib.

Prezidentimiz haqlı olaraq Ermənistanı “dalan dövləti” adlandırıb.

Çünki bütün sahələrdə işğalçı ölkə geriləyib, Azərbaycanın prinsipial mövqeyi nəticəsində bütün regional layihələrdən qıraqda qalıb.

Təbii ki, Ermənistan vətəndaşları özlərinin aclıq və səfalətlərinin fonunda Azərbaycandakı sürətli inkişafı, yüksək rifahı görürlər.

Əgər Ermənistan Azərbaycanın torpaqlarını işğal etməsəydi, regional əməkdaşlıq şəratində inkişaf edərdi. Ancaq Sarkisyan rejimi buna imkan vermirdi.

Ona görə nə vaxtsa bütün bunlara qarşı erməni xalqı hayqırmalı idi və bu, baş verdi.

Mən əminəm ki, Ermənistandakı bu proseslərin hansı istiqamətində getməsindən asılı olmayaraq, Azərbaycan dövləti torpaqlarımızı işğaldan azad edəcək”, – deyə millət vəkili sözlərinə artırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın