Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bildirib ki, bu ilin payızında ölkədə keçiriləcək prezident seçkilərinə qoşulmaq üçün respublikaya qayıdacaq.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı-nın bildirdiyinə görə, RTVi bununla bağlı məlumat yayıb.

“Düşünürəm ki, payızda keçiriləcək prezident seçkilərinə qədər qayıdacağam. Əminəm ki, Bidzina İvanişvili seçkilərdə uduzacaq. Əlbəttə, o, seçkiləri saxtalaşdıracaq. Lakin bu, onda alınmayacaq”, – deyə siyasətçi telekanala verdiyi müsahibədə bildirib.

Həmçinin Saakaşvili Valeriy Gelaşvilinin döyülməsində heç bir aidiyyatı olmadığını bildirib.

Daha öncə Gürcüstan məhkəməsi qiyabi olaraq Saakaşvilini altı il müddətinə azadlıqdan məhrum edib. Belə ki, onun 2005-ci ildə deputat Valeriy Gelaşviliyə hücumda iştirak etdiyi sübuta yetirilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın