“Miss & Mr. National Azerbaijan 2019” Gözəllik Yarışmasında Azərbaycan Gözəli Seçildi

“ADDIM” Gənclər Qurumunun keçirdiyi “Miss & Mr. National Azerbaijan-2019” gözəllik yarışmasının final gecəsində Azərbaycanın ən gözəli seçilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, münsiflər heyətində ukraynalı buker Vitalina Rozbitskaya, Gürcüstanda “Maximum” model evinin sahibi İrina Çaxunaşvili, Moldovanın “Eurovision” təmsilçisi, Əməkdar artist Olya Tira, türkiyəli kreativ direktor, stilist Erdi Şən, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və millət vəkili Jalə Əliyeva yer alıblar.

Gecədə moldoviyalı müğənni Olya Tira və müğənni Zamiq Hüseynov ifaları ilə qonaqları sevindirib.

Final gecəsində 10 qız, 10 oğlan olmaqla 20 iştirakçı yarışıb. Yarışın mükafat fondu 10 min AZN olub. Qaliblər – Emil Həsənzadə və Nigar Qədirliyə özəl kristallar və svarovski daşları ilə hazırlanmış dəyərli taclar verilib.

Vurğulayaq ki, “ADDIM” Gənclər Qurumunun keçirdiyi gözəllik yarışında finalçılar modelyer Kübra Nuriyevanın “Etnike”, türk dizayner Gülər Baysalın çimərlik geyimləri kolleksiyası və ukraynalı dizayner Katerina Lukaşukun özəl olaraq yarış üçün hazırlandığı kolleksiyaları sərgilənib.

Miss & Mr National Azerbaijan-2019 Yarışmasının Final gecəsi

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir