Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən Rio 2016 XXXI Yay Olimpiya Oyunlarında misirli cüdoçu İslam El Şəhabi (Islam El Shehaby) 1-ci raundda uduzduğu İsraili təmsil edən Or Sassonun əlini sıxmayıb.

34 yaşlı Şəhabi başını sağa-sola yelləyərək rəqibinin əl sıxmaq təklifini rədd edib.

Yapon döyüş sənətində qarşılaşmadan öncə başəymə və sonda əllə görüşmək qarşı tərəfə sayğı kimi dəyərləndirilir.

Sonradan Or Sassonun dediyinə görə bu onun üçün gözlənilməz olmayıb. Baxmayaraq ki, iki idmançı daha öncə yarış meydançalarında görüşməmişdilər, İslam El Şəhabinin əl çıxmaqdan boyun qaçıracağıyla bağlı məşqçilərindən eşitmişdi.

Yəhudi cüdoçu Sasson deyir: “Mən bilirdim ki, belə ola bilər. Ona görə də bu mənim üçün sürpriz olmadı. Ancaq başqa heç nə deyə bilmərəm. Bu onun qərarıdır. Bir az qəribədir, çünki cüdonun ən başlıca prinsiplərindən biri də rəqibə hörmət etməkdir”.

Beynəlxalq Olimpiya Federasiyasının nizam-intizam komissiyası tərəfindən hadisəyə baxacağını bildirilib. “Həmin anda baş verənlər heç xoş deyil” deyə Beynəlxalq Olimpiya Federasiyasının sözçüsü Mark Adams bildirib. “Mən inanıram ki, olimpiya hərəkatı divarların ucaldılması deyil, körpülər salınması haqqında olmalıdır. Bunun üçün heç bir bəhanə yoxdur.”

Xatırladaq ki, ərəb idmançıların yəhudi rəqiblərinin əlini sıxmaması ilk dəfə baş vermir.

“Ərəb ölkələrinin İsrail idmançılarla mübarizə aparmağı qəbul etməsi artıq böyük uğurdur” sözçüsu Nikolas Mesner (Nicolas Messner) bir emaildə bildirib. Rəqiblərin əlini sıxmaq üçün heç bir öhdəlik yoxdur, sadəcə mübarizədən əvvəl başəymənin məcburi olduğunu sözlərinə əlavə edib.

Rio2016 Misirli Islam El Shehaby Israi Or Sasson

Rio2016 Misirli Islam El Shehaby Israi Or Sasson
Rio2016 Misirli Islam El Shehaby Israi Or Sasson
Rio2016 Misirli Islam El Shehaby Israi Or Sasson
Rio2016 Misirli Islam El Shehaby Israi Or Sasson
Rio2016 Misirli Islam El Shehaby Israi Or Sasson Rio2016: Misirli cüdoçu İslam El Shehaby Israil idmançısı Or Sassonun əlini sıxmadı

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın