Mirabdulla Abbasov: Milli Komandaya Çağrılacağım Gözlənilən İdi

“Milli komandaya çağrılacağım gözlənilən idi, ancaq yüz faiz heç nə bilinmirdi. Bununla bağlı mətbuatda müxtəlif məlumatlara qarşılaşmışdım. Sonunda, rəsmiləşdi”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri jurnalistlərə açıqlamasında Neftçi Peşəkar Futbul Klubunun hücumçusu Mirabdulla Abbasov deyib. İlk dəfə milli komandaya çağırılan gənc forvard bununla bağlı duyğularını açıqlayıb: “İlk dəfə çağırıldığımdan mənim üçün sürpriz oldu. Ancaq açığı, Qurban Qurbanovdan çağırış gələcəyini gözləyirdim”.

TPL 2018/2019, IX tur, “Neftçi” 3-1 “Qarabağ” Geniş icmal

Mirabdullanın düşündüyünə görə, “Qarabağ”la oyunda (3:1) vurduğu qollar yox, bu mövsümkü çıxışı milliyə çağırılmasında başlıca rol oynayıb: “Düşünürəm ki, əsas qol yox, oyundur. Baş məşqçi də çıxışıma dəyər verib, mənə çağırış göndərib. Milliyə davamlı olaraq çağırılıb-çağırılmayacağımı zaman göstərəcək. Mən tərəfdən deyə bilərəm ki, bundan sonra da yığmaya çağırılmaq üçün əlimdən gələni edəcəyəm.

Abbasov UEFA Millətlər Liqasının Farer adaları və Kosovo ilə oyunları ilə bağlı da qısaca olaraq düşüncələrini bildirib: “Öncədən fərqlənib-fərqlənməyəcəyimi deyə bilmərəm. İnanıram ki, komanda qələbə qazanar. Bir oyunçunun qol vurmağı önəmli deyil. Qarşıda iki həlledici oyunumuz var. Komandamız həm Farer adalarına, həm də Kosovoya qalib gələcək gücdədir. Bu tapşırığın öhdəsindən gələcəyimizi düşünürəm”.

Mirabdulla Abbasov indiki çempionatda 11 oyunda 5 qol vurub.

Yada salaq ki, noyabrın 17-də Bakıda Farer Adalarını qəbul edəcək millimiz 3 gün sonra səfərdə Kosovo ilə qarşılaşacaq.

UEFA Millətlər Liqasının D liqasında III qrupda yer alan Azərbaycan yığması 6 xalla 2-ci pillədə qərarlaşıb və lider Kosovodan 2 xal geri qalır. Farer Adalarının 4, Maltanın isə 2 xalı var.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir